Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon təsərrüfatının 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlığına həsr olunmuş Şura iclası keçirildi

22 noyabr 2013 | 11:00

2013-cü il noyabrın 21-də  Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın Binəqədi Rayon Təsərrüfatının 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyətinə həsr olunmuş iclası keçirildi.
Rayon təsərrüfatınin 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlığı barədə gündəlik məsələnin geniş müzakirəsindən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün ölkədə həyata keçirilən geniş, irimiqyaslı abadlıq-quruculuq işləri barədə, o cümlədən, Bakı şəhərində, xüsusən də, son dövrlər Binəqədi rayonu ərazisində həyata keçirilən işlər barəsində geniş məlumat verdi.
“Rayon təsərrüfatının 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar görülən işlər haqqında”  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov məruzə etdi. Məruzəçi öz çıxışında payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlərdən, qarşıda duran vəzifələrin miqyasından, o cümlədən, çoxlu sayda tədris, məktəbəqədər,  səhiyyə müəssisəsi və yaşayış evlərinin kanalizasiya, su, elektrik xətlərinin bərpası, asfalt örtüyünün yenilənməsi istiqamətində görülmüş bir sıra işlərindən danışaraq mövsümə hazırlıqla əlaqədar qarşıda xeyli vəzifələrin olduğunu xüsusilə vurğuladı.
         Sonra Binəqədi rayon təsərrüfatınin 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar yerli xidmət təşkilatlarının rəhbər şəxsləri  - “Azəristiliktəchizat” ASC-nin Binəqədi rayon 3 saylı istilik sistemləri istismar sahəsinin rəisi Rövşən Tağıyev, Azəristiliktəchizat” ASC-nin Binəqədi rayon 15 saylı istilik sistemləri istismar sahəsinin rəisi Vilayət Muxtarov, Binəqədi Rayon Qaz İstismar Sahəsinin rəisi Orduxan Həsənəliyev, Binəqədi Rayon Sukanal idarəsinin rəisinin səlayihətlərini müvəqqəti icra edən Samir İsmayılov görülmüş işlərin miqyası barədə məlumat verərək qarşıda duran həlli vacib məsələlər barədə məruzə etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı yanında şura iclasında keçən dövr ərzində rayonun xidmət təşkilatları tərəfindən görülən işlərlə bərabər, yerlərdən gələn ərizə və şikayətlər qeyd olunan məsələlərdə hələ də bir çox problemlərin olduğunu bildirildi. Xidmət sahələri üzrə işlərin günün tələblərinə uyğun təşkil edilməsi, təşkilati işlərdə asılılıqların aradan qaldırılması üçün əsaslı tədbirlərin görülməsinin hər bir xidmət təşkilatının əsas fəaliyyət prinsiplərinə çevrilməli olduğu qeyd edildi.
Rayon İcra Hakimiyyəti başçısı sadalanan problemlərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdi və qeyd olunan məsələlər şuranın müvafiq protokoluna daxil edildi.
Şura iclasının sonunda görülən işlər və qarşıda duran həlli vacib olan məsələlərin icrası ilə bağlı qərar qəbul edildi.

Keçidlər