Binəqədi rayonunda koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində sakinlərə tibbi ləvazimatların paylanılması işləri həyata keçirilir
18 may 2020 | 11:00
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonunda fəaliyyət göstərən mobil qruplar tərəfindən rayon ərazisində koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində M.Ə.Rəsulzadə qəsəbəsi və S.S.Axundov küçəsində yaşayan sakinlərə tibbi dezinfeksiya məshulları, qoruyucu maskalar və əlcəklərin paylanılması işləri həyata keçirilir.
Eyni zamanda, sakinlər arasında tələb olunan qaydalara riayət edilməsinin, şəxsi gigiyena qaydalarına və özünütəcrid tədbirlərinə uyğun davranmağın, müxtəlif şəxslərlə ünsiyyətdə olarkən tibbi maskadan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağın vacibliyi barədə söhbət aparılır.
Binəqədi rayonunda əhaliyə tibbi ləvazimatlar paylanılıb
http://www.movqe.az/news/sosial/160942.html?fbclid=IwAR20N5pD01QH_X5Jj1xwpbA2jheBUQxABE_kE5KWbNvC8_oQUJTSS4SGMMk
http://www.movqe.az/news/sosial/160942.html?fbclid=IwAR20N5pD01QH_X5Jj1xwpbA2jheBUQxABE_kE5KWbNvC8_oQUJTSS4SGMMk