Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib

18 may 2020 | 11:00
Ölkə başçısı cənab İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib.
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən koordinsiya olunan mərkəz özündə (“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı təşkilatları və s.kimi) böyük könüllü qruplarını birləşdirə bilib.
Ölkə başçısının rəhbərliyi ilə bir neçə il öncə formalaşmış könüllü ordusu qısa zaman çərçivəsində milli könüllü mədəniyyəti formalaşdıra bilib. Xalqımızın özünəməxsus xarakterinə, milli kimliyinə uyğun olaraq, milli bərabərlik və həmrəylik prosesində ən ön sıralarda fəaliyyət göstərmiş könüllü qurupları bu işdən də uğurla və üzüağ çıxa bilməkdədir.
Könüllülərinin Əlaqələndirmə Mərkəzində təmsil olunan gənclər ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımları yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə mübarizə istiqamətində öz güclərini əsirgəmirlər. Ölkə başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini göstərə bilmişdir.
Eyni zamanda könüllü qrupları bir çox nəcib təşəbbüslə keçirilmiş aksiyalarda da öz birlik və bərabərliklərini əsirgəməmişdirlər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ərzaq bağlamalarının ölkənin bütün rayonlarında qüsursuz paylanılmasında, gündəlik qana ehtiyacları olan talassemiya xəstələri, xüsusən də uşaqlar üçün qan ehtiyyatının yığılmasında, eləcə də, tənha, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, Böyük Vətən müharibəsi iştirakçılarının ehtiyyaclarının qarşılanması prosesində də elə məhz gənc qəhrəmanlar ən böyük paya sahib olmuşdurlar.
Sevindirici haldır ki, Azərbaycan Respublikassının prezidenti cənab İlham Əliyevin faəliyyətinə dəstək məqsədilə, eləcə də Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyət prinsipinə uyğun olaraq bu prosesdə Binəqədi Rayonunda könüllülük fəaliyyəti ilə məşğul olan gənclər də yaxından iştirak etmişdir. Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Rayon Gənclər Evində fəaliyyət göstərən gənclər rayon ərazisində koranavirus epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən mobil qruplarda yaxından iştirak etmiş, keçirilən bütün aksiyalarda öz əməli fəaliyyətləri ilə fərqlənmişdirlər.
Könüllülük işinə ölkə başçısı tərəfindən verilmiş qiymət, son çıxışlarında könüllük barədə səsləndirdiyi yüksək fikirlər hərəkatın çətiri altında birləşən və yorulmadan pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında, ehtiyyacı olan ,65 yaşdan yuxarı şəxslərin, veteranlarının gündəlik ərzaq tədarükü ilə təmin olunmasına köməklik göstərilməsində, insanların sağlamlığı üçün lazımi tibbi avadanlıqların və dezinfeksiya məsullarının çatdırılmasında yaxından iştirak edən gənclərin işinə verilmiş ən böyük dəyərdir.
 
Keçidlər