Gənclər xoşagəlməz hallara qarşı mübarizədə dövlətinin yanındadır
22 may 2020 | 11:00
Binəqədi gənci, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Ayşən Bayramova
1991-ci ildən mustəqilliyini elan edən dövlətim daima inkişaf edir. Günü-gündən güclənir, siyasi arenalarda öz sözünü deyir. Bir faktdır ki, bu inkişafın təməlində banisi ümumilli lider Heydər Əliyev olan gənclər dayanır. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi onun potensiallı gənclərinin aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan gənc nəslin düzgün yetişdirilməsi ölkə üçün önəmli yer tutur.
Əsasını ümumilli lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Və bunun nəticəsidir ki, gənclər bütün sahələrdə sözlərini deyir və özlərini doğruldurlar. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk günlərdən gənclərlə yaxından maraqlanıb və rəhbərliyinin ilk günlərindən bu sahədə bir çox fərman və sərəncamlar imzalayıb. “Siz Azərbaycanın bu günü və sabahısınız” deyən liderimiz gənclərin mütəşəkkil yetişməsi üçün 1994-cı ildə Gənclər və İdman Nazirliyini yaratdı. 1996-cı ildə gəncləri bir araya toplayan ulu öndər gənclərin birinci forumunu keçirdi. 1997-ci ildə 2 fevralı Azərbaycanda “Gənclər günü” elan etdi. Və biz bu siyahını daha da artıra və prezident İlham Əliyevlə davam etdirə bilərik.
Bu qayğının nəticəsidir ki, gənclər dövlətimiz üçün dayanmadan çalışır, uğurlu mubarizə aparır. Xarici tribunalarda fəxrlə ölkəmizi təmsil edirlər.
Bu sevginin nəticəsidir ki, gənclər vətənini yadlara qarşı qürurla müdafiə edir, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını hər zaman doğruldurlar.
Bu diqqətin nəticəsidir ki, bu gün gənclər xoşagəlməz hallara qarşı mübarizədə daima dövlətinin, onun başçısının yanında duraraq dəstək olublar. Son zamanlarda Prezident İlham Əliyev bir sıra vəzifəli şəxsləri işlərindən azad edib. Və cənab prezident həmin şəxslərin vəzifəsinə gənc nəslin nümayəndələrindən təyin etmişdir. Gənc rəhbərlər isə prezidentin etimadını doğruldaraq baş verən bütün pozuntuları ortaya çıxarmışlar. Bununla da gənclər islahatlara qarşı çıxan, pozuntulara yol verərək dövlət işlərinə əngəl törətmək istəyən rəhbər şəxslərə qarşı mübarizə apararaq ölkə başçısının yanında olublar. Azərbaycanı şəffaflığı əlində bayraq edən ölkə kimi görmək istəyən cənab prezident buna gənclərlə nail ola biləcəyini vurğulayıb.

Bunlardan əlavə son zamanlarda xoşagəlməz hallardan biridə elm üçün naməlum qalan, dünyada hakimiyyəti ələ alan CoVİD-19 adı verilən koronavirus oldu. Ölkəmizdən də yan keçməyən virus çox sayda can aldı. Prezident İlham Əliyev bu virusun qarşısının alınması üçün bir sıra tədbirlər gördü və qanunlar tətbiq etdi. Bu günlərdə də ölkə başçısını tək qoymayan gənclər virusla mübarizədə fəal iştirak etdilər. Gənclərdən ibarət könüllü dəstələri yaradıldı ki, onlar evlərindən çıxa biməyən yaşlı insanlar üçün, imkansız ailələrə dəstəkdə öz yardımlarını əsirgəmədilər. Eyni zamanda ölkə rəhbərinin qəbul etdiyi qanunların icrasında yaxından iştirak etdilər. Bütün bunları yüksək qiymətləndirən prezident İlham Əliyev çıxışlarında həmin gənclərdən qürurla danışdı.
Sonda qeyd etmək istəyirəm ki, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan biz gənclər, bütöv və müstəqil Azərbaycan naminə yorulmadan, əzimlə, fəxrlə, xoşagəlməz hallara qarşı mübarizədə, eyni zamanda dövlətimizin zirvələrə doğru irəliləməsində bir yumruq olaraq addımlayacağıq. Biz birlikdə güclüyük...