Şriftin ölçüsü :

Saytın rəngi :

İki günlük sərt karantin rejimi, pandemiyanın idarə olunan həddə enməsi üçün növbəti uğurlu addımdır

04 iyun 2020 | 11:00

Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Dünyada “COVİD-19” infeksiyasının artım tempi, insanlar və bəşəriyyət üzərindəki fəsadları hər birimizin gözləri önündə cərəyan etməkdədir.

Dünya ölkələrində olduğu kimi, ölkəmizdə də əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə təhlükəli virusdan vətəndaşlarımızın sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir. 

Qabaqlayıcı tədbirlərin görülməsi, dünya üçün nümunə olacaq addımların atılması sayəsində kəskin şəkildə azalmaqda olan yoluxma sayı, təəssüflər olsun ki, vətəndaşlar tərəfindən son zamanlar karantin rejiminin tələblərinə əməl edilməməsi, sosial məsuliyyət prinsipinin pozulması ilə sağalanlara nisbətdə  kəskin mənfi fərq yaratmışdır.  

Son yoluxma sayını nəzərə alsaq, artıq həftə sonlarında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi bir zərurətdir. Bu  hal koronavirusla mübarizədə daha həlledici mərhələnin başlamasına zəmin yaratmış olur. İki günlük sərt karantin rejimi bəşəriyyətin ümumi bəlasına çevrilmiş bu pandemiyanın ölkəmizdə sabitləşməsinə və idarə olunan həddə enməsinə təminatlar yaratmaqla yanaşı, həm də bizim milli birliyimizin, xarakterimizin indikatoru kimi də əhəmiyyətli olacaqdır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin, maskaların və tibbi spirtin ölkəmizdə istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.

Etməli olduqlarımız isə bəllidir!

Hər birimiz şəxsi məsuliyyətini hiss etməklə, “Operativ qərargah”ın tələb və tövsiyələrinə riayət etməliyik. Eyni zamanda, heç bir panika yaratmadan qaydaların bizim sağlamlığımız üçün həyata keçirildiyinə və dövlət tərəfindən qorunduğumuza əmin olmalıyıq.

Cənab Prezident İlham Əliyevin Tərtər rayonunda səfərdə olarkən tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmaqla yanaşı, həm də vətəndaş məsuliyyətinin ən bariz nümunəsidir.

Bu örnək hər birimizin əsas istiqaməti olmaqla bərabər, məsuliyyətimizi daha da dərindən dərk etməyə səbəb yaratmalıdır. Yaşadığımız cəmiyyətdə, dostlarımız və qohumlarımız arasında tibbi maskaların taxılması, fərdi dezinfeksiya məhlullarından istifadənin vacibliyi elə bizim səylərimizlə təbliğ edilməlidir.

Dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus pandemiyası ilə mübarizənin effektli nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından çox asılıdır.

 Cənab Prezidentin tapşırığı ilə ölkəmizin bütün resursları səfərbər olunub və koronavirus epidemiyası ilə ardıcıl, sistemli, çoxşaxəli mübarizə aparılır.       

 

Sevindirici haldır ki, ölkəmizdə xüsusi karantin rejiminin elan edilməsindən bu günə qədər Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərə dəstək verilmişdir.

Bu dövr ərzində ölkə başçısının “Biz birlikdə güclüyük” devizi ilə onlarla xeyriyyə tədbirləri həyata keçirilmişdir. YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyininin üzvləri olan könüllülərin iştirakı ilə rayon ərazisində yaşayan ahıl, ehtiyacı olan və yaşı 65-dən yuxarı olan sakinlərə lazimi ərzaq bağlamalarının çatdırılması, eləcə də, dezinfeksiya və tibbi maskaların paylanılması işi uğurla həyata keçirilmişdir.

Eyni zamanda, tibbi maskalardan istifadə edilməsi, fiziki məsafənin gözlənilməsi istiqamətində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə edilmiş bütün qayda və normalara həssas yanaşılmışdır.

Hər kəsi bu sınaq dönəmində dövlətimizə dəstək verməyə çağırıram.

 

Sevinc Abdullayeva

Yeni Azərbaycan Partiyası

Binəqədi rayon təşkilatının Aparat rəhbəri

Keçidlər