Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların sağlamlığı ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir

11 iyun 2020 | 11:00
Nahidə Mahmudova
YAP Binəqədi Rayon təşkilatı Qadınlar Şurasının sədr müavini
 
Son zamanlar dünya əhalisi bəşəriyyətə qlobal təhlükə yaradan koronavirus pandemiyası ilə mübarizə, bəlkədə müharibə şəraitində yaşamaq məcburiyyəti ilə üz-üzə qalmışdır. Təbii ki bu fakt ölkəmizə də təsirsiz ötüşməmişdir. Lakin buna baxmayaraq, Cənab Prezident İlham Əliyevin COVİD -19 pandemiyasına qarşı  müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Ölkə başçısının göstərişi ilə koronavirus xəstələrini müalicə etmək üçün “ Yeni klinika” və digər ən qabaqcıl xəstəxanaların ayrılması, qısa müddət ərzində 4 modul tipli xəstəxananın istifadəyə hazır olması, ayın sonuna qədər bu sayın 10 –a çatdırılmasının nəzərdə tutulması, yeni laboratoriyaların alınması, tibbi maskalar, deinfeksiya məhsulları istehsal edən sənaye müəssisələrinin fəaliyyətə başlaması və digər bu qəbildən olan işlərin görülməsi operativ və məntiqi yanaşmanın nəticəsi olaraq qazanılmış böyük uğurdur. Bu həm də Azərbaycanın iqtisadi gücünü göstərən mühüm amillərdən biridir.

Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda  koronavirus pandemiyasına qarşı görülən işlərin məqsədi səhiyyə sisteminin fəaliyyətini daha da yaxşılaşdırmaq, gücləndirməklə sadəcə regionda deyil, eyni zamanda inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlı olmağa nail olmaqdan ibarətdir. “Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub.” - fikrini vurğulamaqla, Cənab Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunmasının bu gün ən vacib məsələ olduğunu bir daha təsdiqləyir.

Pandemiya ilə mübarizədə Azərbaycan modeli bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrinə nümunədir. Çünki Prezidentimizin də qeyd etdiyi kimi, “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır.” Bu isə digər ölkələrlə müqayisədə itkilərimizin az olmasına şərait yaradır. Bu çətin şəraitdə maddi –mənəvi öz resurslarına söykənən Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan  bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir.

Hər birimizə məlumdur ki, pandemiya dövründə dövlətimizin birinci xanımı Mehriban Əliyeva bir çox ölkələrin birinci xanımları kimi kənardan müşahidəçi mövqeyi tutmayaraq,  daima dövlət başçımızın yanındadır. Mehriban xanım, “ Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! “ deyərək Azərbaycan vətəndaşının həyatı üçün nə qədər qayğılı olduğunu dilə gətirir.

Pandemiya ilə mübarizə dövründə Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gördüyü işlərin, atdığı addımların nə dərəcədə uğurlu olduğunu vətəndaşlardan gələn minlərlə təşəkkür məktubları da sübut edir. 

COVİD-19 ilə mübarizə tədbirləri haqqında məlumatları, ölkə başçısının  çıxışlarını mətbuatdan izlədikcə bir həkim olaraq qürur hisləri keçirirəm. “Pandemiya ilə mübarizədə həkimlər ön xəttədir və tibbi personal dövlətin qayğısını hiss edir, onlar bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışırlar.” – deyərək Cənab Prezident xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirir.  Bu isə öz növbəsində insan həyatını qorumağı özlərinə peşə seçən yüzlərlə səhiyyə işçisini daha məsuliyyətli və diqqətli olmağa sövq edir. 

Bütün bunlar Azərbaycan vətəndaşına əsas verir ki, xalqımızı həmrəyliyə səsləyən “Biz birlikdə güclüyük!” çağırışı edən dövlətimizin başçısı Cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya inanaraq və  dəstək olaraq pandemiya dövründə  daha məsuliyyətli və nizam- intizamlı həyat tərzinə riayət etsin.

 

Keçidlər