Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının "Son zəng" günü münasibətilə şagirdlərə təbriki

12 iyun 2020 | 11:00
Əziz məzunlar!
 
Sizi, müəllim və valideynlərinizi “Son zəng”  günü münasibəti ilə təbrik edir, ən xoş arzularımı bildirirəm!
 
Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Arzu edirəm ki, tələbə adına layiq görülüb öz əməlləriniz ilə Vətənimizin adını həmişə zirvələrə ucaldasınız. İnanırıq ki, gələcəyimiz olan bu günkü məzunlar rayonumuzun, respublikamızın adını həmişə yüksəklərə qaldıracaqlar.
 
Ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlətin diqqət və qayğısı nəticəsində reallaşır. Ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən tədbirlərin sayəsində bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədir. Məhz yaradılan şərait, göstərilən diqqət və qayğı müəllim və şagirdlərimizə göstərilən etimad və onlara verilən dəyərin təzahürüdür. 

Əziz məzunlar!
Sizi bir daha ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram!
 
Hörmətlə,
Elxan Allahverdiyev
 
Keçidlər