Şriftin ölçüsü :

Saytın rəngi :

Sulutəpədə yeni park salınır

29 noyabr 2013 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhəri və paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət, hər yerdə olduğu kimi, Binəqədi rayonunda da öz müsbət nəticələrini verməkdədir. Aparılan tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alaraq, rayonun simasını xeyli dəyişib.
Hal-hazırda Binəqədi rayonu ən çox abadlıq-bərpa, tikinti-quruculuq işlərinin aparıldığı rayonlardan biridir. Son zamanlar əhalinin asudə vaxtının səmərəli keçirməsi məqsədilə rayonda yeni bağlar, parklar salınır və abadlaşdırılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2012ci il tarixli 24s saylı sərəncamına əsasən Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsait hesabına Binəqədi rayonu Sulutəpə qəsəbəsində yeni park salınır.
Parkda 54 800 m3  torpaq işləri görülüb, 2 ədəd hər biri 100  m3  tutumu olan su anbarları inşa olunub, ümumi suvarma şəbəkəsi quraşdırılmışdır. 14 000 kv metr çəmən otu əkilib, diametri 300  mm  olan 200 metr uzunluqda kanalizasiya xəttinin yeri dəyişdirilib, 1750 kv metr tamet daşı, 1200 metr bardür düzülüb, 300-ə yaxın dekorativ ağac və kol əkilib. Parkda əhalinin asudə vaxtının  səmərəliliyinin təmin edilməsi məqsədilə oturacaqlar,  uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Yeni salının  park ekoloji mühitin qorunmasına xidmət edəcək.
Hal-hazırda da Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən parkın ərazisi Bakı-Şamaxı magistral yolu istiqamətində genişləndirilərək abadlaşdırma və yenidənqurma  işləri aparılır, yeni yaşıllıq və rekreasiya əraziləri salınır. Paralel olaraq magistral yol boyu Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yolkənarı hasarlar müasir üzlük daşlarla üzlənir, kiçik memarlıq formalardan istifadə edilməklə landşaft elementlərindən ibarət kompozisiyalar yaradılır. Xocasən qəsəbəsi ərazisində qəsəbədaxili yolların əsaslı təmiri və genişləndirilməsi istiqamətində  müvafiq işlər davam etdirilir.

Keçidlər