Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi

29 iyun 2020 | 11:00
Düşünürük kü,  belə bir təşəbbüsün alqışlanması Azərbaycan Prezidentinin dünyadakı liderlik nüfuzundan irəli gəlir.

Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün xüsusi sessiyanın keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib. Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüsdür.

Bu proses özünün ən yüksək səviyyəsinə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunan xüsusi sessiyası ilə bağlı fikirlərində çatdı. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir.

Bütün dünya üçün çətin və məsuliyyətli bir dönəmdə inkişaf etmiş dövlətlərin təcrübələrinə əsaslanaraq deyə bilərik ki, burada QHT-lərin üzərinə böyük yük düşür. Əslində dünya təcrübəsində QHT institutunun yaranmasının və inkişaf etməsinin əsas prioretlərindən biri bir çox məsələlərdə xüsusilə sosial xarakterli problemlərin həllində dövlətin yükünü azaltmaqdır. Ölkəmizdə fəaliyyət göstərən QHT-lərdə cəmiyyətin bütün sektorlarında olan çatışmazlıqları görərək, beynəlxalq təcrübəyə əsaslanaraq problemlərin zəruri həlli üçün addımlar ataraq, fəliyyətlərini inkişaf etdirirlər. Dünyanı cəngina almış COVİD-19 pandemiyası zamanı QHT-lərimiz öz üzərinə düşən məsuliyyəti layiqincə qiymətləndirib, yerinə yetirirlər. Azərbaycanın bütün QHT-ləri yaranmış vəziyyətə görə problemlərin həlli üçün öz imkanlarını səfərbər ediblər.  Bu ağır günlərin sınağından Azərbaycanın ən qocaman QHT-si olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də xalqın qarşısında öz missiyasına sadiq formada yadda qalır. Bəlkə də, taleyin qisməti idi ki, bu il ölkəmizdə könüllülər ilidir. Çünki, AzQAC könüllürə həsr edilən ildə vətənə və vətəndaşa xidməti ilə yaddaşlara həkk olunacaq. QHT-lərin atdığı nümunəvi addımların sayəsində dövlət və vətəndaş cəmiyyəti arasında sıx birlik ənənəsi nümayiş olundu. Məhz bu birlyinin təcəssümüdür ki, ölkəmiz hal-hazırda qonşu dövlətlərə nisbətdə bu ağır dönəmdən daha az itgi ilə irəlləyir. Azərbaycan Qızl Aypara Cəmiyyəti bu günlərdə Beynəlxaq təcrübəni yaxından izləyir. Hətta deyərdim Beynəlxalq təcrübə mübadiləsi zamanı AzQAC-ın təcrübəsi bir çox ölkələrə müsbət nümunə olur. Əslində bir zamanlar donorlardan aslı olan bir təşkilatın bu gün özünün donor təşkilata çevirilməsi, nəinki yerli təşkilatlara hətta beynəlxaq qurumlara belə nümunədir. Bu da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlətimizin vətəndaş cəmiyyətinin inkişafına yaradılan münbit şəraitin göstəricisidir.
 
Afət Quliyeva Qızıl Aypara Cəmiyyəti Binəqədi rayon bölməsinin sədri
 
Keçidlər