Binəqədi rayonunda “2 iyul – Azərbaycan Polisi” gününə həsr olunmuş sosial aksiya keçirildi
01 iyul 2020 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 30 iyun 2020-ci il tarixində “2 iyul – Azərbaycan Polisi” gününə həsr olunmuş sosial aksiya keçirilib.
“Mənim polisim” adlı sosial aksiya çərçivəsində Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının və rayonun fəal gənclərinin iştirakı ilə Binəqədi rayonunda Covid-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyini, dəstəyini və təşəkkürünü bildirilib.
Gerçəkləşən bu aksiya hüquq-mühafizə orqanlarında çalışan polisə gecə və gündüz ictimai əsayişin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, bu ərəfədə insanların saglamlığının qorunmasında, təhlükəsizliyin təminatında, hüquqa zidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə bir təşəkkürdür.