Şriftin ölçüsü :

Saytın rəngi :

“COVİD-19 pandemiyası yayılmağa başladığı ilk dövrdən Azərbaycan öz humanitar təşəbbüsləri ilə seçilən dövlətlərdən olmuşdur”

14 iyul 2020 | 11:00
Dünya ölkələrinin COVİD-19-la qızğın mübarizə apardığı bir dövrdə beynəlxalq müstəvidə ölkələrin yaranmış böhranlara cavab verməsində pərakəndəlik müşahidə olunur. Beləki, COVİD-19-la mübarizədə dövlətlər müxtəlif məhdudiyyətlər və qaydalar tətbiq edir, baxmayaraq ki, bu tədbirlərin heçdə hər biri effektiv nəticə vermir. Nəticədə dünya üzrə koronavirusa yoluxanların sayında artım müşahidə olunur, eyni zamanda dövlətlər karantin rejimini belə olan halda sərtləşdirmək və ya yumşaldmaqla bağlı dilemma qarşısında qalır.

Pandemiya dövründə təəccüb doğuran əsas məqamlardan biri son 6 ay ərzində dövlətlərin COVİD-19-la mübarizədə birgə əməkdaşlığını əks etdirən təşəbbüslərin azlığı eləcə də dövlətlərin bu addımı atmaqda çevik tədbirlər görməməsidir. Xüsusilə, belə çətin dövrdə əksəriyyət ölkələr müxtəlif tibbi vəsaitlərin əldə olunmasında və ya onların digər ölkələrlə əməkdaşlıq əsasında alınmasında müəyyən çətinliklərlə üzləşir, sonda koronovirus xəstələri bundan əziyyət çəkir.

Xüsusilə qeyd etmək lazımdır ki, koronavirus pandemiyası yayılmağa başladığı ilk dövrdən Azərbaycan öz humanitar təşəbbüsləri ilə seçilən dövlətlərdən olmuşdur. Bu istiqamətdə Azərbaycan beynəlxalq əməkdaşlığın pozitiv nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar dəyərində könüllü ianələr ayırmış, 30-dan çox ölkəyə humanitar yardımlar etmişdir. Azərbaycanın belə böhranlı şəraitdə yardım alan dövlət deyil, məhz yardım edən dövlət rolunu oynaması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vaxtında və məntiqi ardıcıllıqla verilən qərarların önəmini əsaslı şəkildə sübut edir.

Azərbaycan COVİD-19-la mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayan dövlətlərdən biri kimi müxtəlif platformalar vasitəsilə dövlətləri bu birliyə səsləmişdir. Bu addımlardan ən önəmlisi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi oldu. Qeyd etmək lazımdır ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi üçün 96 + 1 səs çoxluğu tələb olunur ki, Azərbaycanın bu təşəbbüsü 130 ölkə tərəfindən müsbət şəkildə qarşılandı və onlar xüsusi sessiyanın çağırılmasını dəstəklədilər. Əslində bu etimad Azərbaycanın beynəlxalq müstəvidə daima birləşdirici rol oynayan, ölkələr arasında əməkdaşlığın inkişafına daima çalışan və buna töhvə verən ölkə olduğunu sübut edən reallıqdır.

Lakin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının çağırılmasına dair təşəbbüsü bəzi qüvvələrdə qıcıq yaradır. Həmin qüvvələr həm xaricdən həmdə daxildən Azərbaycanın bu təşəbbüsünə səthi ittihamlarla kölgə salmağa çalışır və təsadüfi deyilki, xaricdən bu münasibət məhz Ermənistana malikdir. Təəssüfləndirici haldır ki, daxildən bu təşəbbüsə kölgə salmaq istəyənlərdə məhz Ermənistanla eyni mövqeyi paylaşırlar. Onlar bildirirlər ki, xüsusi sessiyanın keçirilməsinə ehtiyac yoxdur və bu pandemiya ilə mübarizədə heç bir rol oynamayacaq. Ancaq reallıq isə tamam fərqli nəticələr vəd edir. Bu təşəbbüs dünya ölkələrinin COVİD-19-la mübarizədə fəaliyyətlərinin mobilizasiyası və birlikdə problemlərə həll yolunun tapılmasında effektiv rol oynayacaqdır.
 
YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin Sədri,
Fəsli Nəbiyev
 
Keçidlər