Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən monitorinqlər keçirilir

03 iyul 2020 | 11:00
Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən monitorinqlər keçirilir.
 
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın və rayonda fəaliyyət göstərən təbliğat qruplarının üzvlərinin iştirakı ilə rayon ərazisində fəaliyyətinə icazə verilən müəssisə və obyektlərə baxış keçirilərək, xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi ilə bağlı sanitar qaydalara əməl olunmasının vacibliyi çatdırılıb.
 
Həmçinin mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq qida məhsullarının satışını həyata keçirən obyektlərdə, bazarlarda, ictimai-iaşə müəssisələrində, müxtəlif xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.
 
Bununla bərabər əhali arasında yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya riayət olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, həmçinin dezinfeksiya məhsullarının istifadənin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.
 
 
 
 
https://qafqazinfo.az/news/detail/bineqedide-profilaktik-tedbirler-davam-etdirilir-291993?fbclid=IwAR1QWJchh6ZOUBTCMUMi_39VZ5JsXhPycAILadnnRpbA1fHYbRE_Qp776sY
 
https://azxeber.com/az/bineqedi-rayonunda-profilaktik-tedbirler-davam-etdirilir-fotolar/sosial/?fbclid=IwAR2ZMGU1VO2Ic7osnAEsmtBbc5hTudvR0hNyLkT9FkjBtY8yvDqNjtzfyWk
 
https://modern.az/az/news/246940

 

Keçidlər