Şriftin ölçüsü :

Saytın rəngi :

Hava haqqında məlumat - Xəbərdarlıq

20 iyul 2020 | 11:00
Xəbərdarlıq
 
Bakıda və Abşeron yarımadasında

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşamdan 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Xəzər Dəniz Akvatoriyasında

Külək: iyulun 21-i axşamdan 23-dək Xəzər Dəniz Akvatoriyasında  şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü:  2.5-3.5 m, sonrakı inkişafda 4.0-6.0 m.
Keçidlər