Qarşıya çıxan problemlər ölkə Başçısının rəhbərliyi ilə dərhal öz həllini tapır
İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilmiş su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə ölkə başçısı cənab İlham Əliyevin yaranmış hər bir porblemə həssas yanaşmasının növbəti təzahürüdür. Son zamanlar su ilə bağlı yaranmış vəziyyət hər birimizi, o cümlədən, bölgələrdə əkinçiliklə məşğul olan sakinləri dərindən narahat edirdir. Nəzərə alsaq ki, ölkəmizdə əkin təsərrüfatının inkişafı əsas proritet sahələrdən biridir, o zaman bu məsələyə vaxtında müdaxilə edilməməsi gələcəkdə daha böyük və qarşısıalınmaz problemə çevrilə bilər.
Lakin vidomüşavirədə cənab Prezidentin səsləndirdiyi fikirlər, aidiyyəti şəxlərə verdiyi göstərişlər, tutduğu iradlar hər vətəndaşın narahatlığını aradan qaldıracaq ağırlıqda idi desək, yanılmarıq.
İlham Əliyev bu müşavirə ilə növbəti dəfə təsdiqə ehtiyyac olmayan gerçəkliyi: "O hər bir Azərbaycan vətəndaşının yanındadır" - bir daha nümayiş etdirmiş oldu.
Keçirilmiş müşavirə yarana biləcək problemə öncədən müdaxilə etmək üçün təşkil edilmişdi. Ölkə başçımızın da dediyi kimi son illərdə ölkəmizdə məhz cənab prezidentin göstərşi ilə suvarma suyu ilə bağlı görülmüş işlər də diqqətəlayiq olmalıdır. Həqiqətən də, indi daha aydın görünür ki, əgər zamanında sərəncamlar imzalanmasaydı, bu işləri görülməsəydi, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Həmin layihələr həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir. Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib. Neftdən gələn gəlirlərin düzgün xərclənməsi, cənab Prezidentin rəhbərliyi ilə təxirəsalınmaz layihələrin həyata keçirilməsi qara qızılın insan kapitalına çevirməsinin əyani sübutudur.
Biz bir daha əmin olduq ki, yarana biləcək bütün problemlər dövlət nəzarətindədir və ölkəmiz üçün təhlükə yarada biləcək hər məsələ vətəndaşların xeyrinə həll edilir. Azərəbaycan vətəndaşı onu düşünən prezidentinin yanındadır və onun atacağı hər bir addımı dəstəkləyir.