Gənclərin sosial şəbəkələrdə işinin daha da təkmilləşdirilməsi ilə bağlı videokonfrans formatında iclas keçirildi
18 iyul 2020 | 11:00
18 iyul 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi, Abşeron, Quba Rayon Təşkilatları Gənclər Birliklərinin birgə təşkilatçılığı ilə son günlərdə Azərbaycan-Ermənistan sərhədininin Tovuz istiqamətində düşmən tərəfindən törədilən təxribatlar fonunda gənclərin sosial şəbəkələrdə işinin daha da təkmilləşdirilməsi ilə bağlı videokonfrans formatında iclas keçirildi.
İclasda YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, YAP Binəqədi, Abşeron, Quba Rayon Təşkilatlarının Gənclər Birliklərinin sədrləri və fəal gənclər iştirak etdilər.