30 mart 2026-cı il tarixində paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da növbəti ümumrayon iməciliyi keçirildi
Bakı şəhərinə bir neçə gün ərzində yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə 30 mart 2026-cı il tarixində paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirmək, qulluq göstərmək məqsədilə növbəti ümumrayon iməciliyi keçirildi.
Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin, idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iməclikdə ərazidə təmizlik işləri aparıldı, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyuldu, yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi həyata keçirildi. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarıldı, səliqə-səhman işləri aparıldı.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam etdirilir.









