30 noyabr 2022-ci il tarixində Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların qəbulu keçirildi.
30 noyabr 2022 | 09:04
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə 30 noyabr 2022-ci il tarixində Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların qəbulu keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinləyərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verdi.