Binəqədi Gənclər Evi tərəfindən həyata keçirilən “Könüllülük Akademiyası 3” layihəsinin bağlanış mərasimi keçirildi
23 iyul 2020 | 11:00
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ili “Könüllülər ili” elan etməsi Binəqədi Gənclər Evi könüllülərə dəyərin, fəallığın gəncliyin sirlərini öyrətmək və asudə vaxtlarını düzgün qiymətləndirmək üçün “Könüllülük Akademiyası 3” layihəsinə start verdi.
3 ay (aprel, may, iyun) müddətində davam edən layihədə seçilmiş Gənclər onlayn formatda təlim və vebinarlara qoşulub, təcrübə qazandılar.
22 iyul 2020 tarixində "Zoom" tətbiqində layihənin bağlanış mərasimi keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni" ilə başlayan mərasimdə, 12 iyul tarixlərindən İlk öncə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Açılış nitqi ilə çıxış edən, layihənin koordinatu Hüseyn Qənbərov layihənin mahiyyəti və nəticələri haqqında iştirakçılara məlumat verdi.
Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş sektorunun müdiri Fuad Babayev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Şəmsi Gülverdiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəvanə Həşimova və Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev çıxış etdilər.
Rəsmilər mövcud pandemiya dövründə həyata keçirilmiş layihənin məzunlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar dilədilər.
Daha sonra məzunlar öz təəssüratlarını bölüşürək, layihə müddətində əməyi keçmiş hər kəsə təşəkkürlərini bildirdilər.
Ümumillikdə, 70-dən çox gəncin iştirak etdiyi mərasimdə "Könüllülük Akademiyası 1-2" məzunları da gəncləri təbrik etdilər və onlara uğurlar arzu etdilər.
Mərasimin sonunda "Könüllülük Akademiyası 3" (Gənc Liderlərimiz) layihəsini uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edildi.
Könüllülük bir dəyərdir.
Binəqədi Gənclər Evi cənab Prezident İlham Əliyevin “Könüllülər ili” çərçivəsində müvafiq tapşırıqlarına uyğun olaraq, onların inkişafı üçün layihələr həyata keçirməyə davam edəcək!