Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda noyabrda aparılmış abadlıq-quruculuq işləri

03 dekabr 2013 | 11:00

Rayon ərazisində noyabr ayı ərzində 381 ünvanda su borusunda və 8 nasosxanada təmir işləri aparılıb, 274 p/m su xətti  dəyişdirilib.
479 ünvanda kanalizasiya şəbəkəsində axıntının qarşısı alınıb, 90 p/m xətt, 7 ədəd lük və 3 ədəd barmaqlıq dəyişdirilib.
Binəqədi QİS ərazisində 1572 p/m qaz xətti çəkilib, 52 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayonda binaların istilik xəttində dik dayaqlarda 34 metr, zirzəmilərdə 55 metr,  8-ci mikrorayonda yaşayış binalarının istilik xəttində dik dayaqlarda 121 metr, zirzəmilərdə 12 metr, Naxçıvani, Z.Qəmbərov və C.Hacıbəyli küçələrində yaşayış binalarında dik dayaqlarda 57 metr, zirzəmilərdə  33 metr boru bərpa edilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb, 270, 273 və 275 saylı qazanxanalarda cari təmir işləri aparılıb və texniki baxış keçirilib.   
TM-13-də yenidənqurma və təmir işləri aparılıb, KTM-30 və 172-də zədələnmiş 0,4 kv-luq SİP dirəyi dəyişdirilib, KTM-41-2-də 50 metr SİP kabel dəyişdirilib, TM-13- də yarımstansiya 94-də 6kv-luq hava xətti təmir olunub. 
TM-819 və 826-da avadanlıqlar tam dəyişdirilib, yarımstansiya 98-də 2000 metr hava xətti dəyişdirilib, Xutor yaşayış sahəsində 1126 saylı KTM-də SİP xətləri çəkilib.
Ümumilikdə, 333 ədəd yararsız lampa, 58 ədəd drossel, 295 metr yanmış kabel dəyişdirilib.
Rayonda 14 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 8 binanın girişində təmir işləri aparılır.
4 binada 2500 kv. metr çardaqlı dam örtüyünün quraşdırılması davam etdirilir, 15 binada 11760 kv. metr yumşaq dam örtüyü təmir edilib.
Ay ərzində 2125 kv.metr asfalt örtüyü çəkilib.
Hal-hazırda 12 binanın həyətində abadlıq işləri aparılır.
9-cu mikrorayonda 50 ədəd liftin dəyişdirilməsinə başlanılıb.

Keçidlər