Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər keçirilir

19 avqust 2020 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə, Respublikada elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Binəqədi rayonunda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər keçirildi.

Rayonun müxtəlif ərazilərində, küçə və prospektlərdə, məhəllələrdə, yaşayış massivlərində, eləcə də ticarət və ictimai iaşə obyektlərində və digər yerlərdə keçirilən reydlər zamanı vətəndaşlarla söhbətlər aparıldı, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olundu, sərtləşdirilmiş xüsusi karantin dövründə ehtiyac olmadıqda evdən çıxmamaları, çıxdıqları halda isə mütləq şəkildə tibbi maskadan istifadə etmələri, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıqlar olundu, koronavirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə məlumat verildi.
 
 
 
Keçidlər