Şriftin ölçüsü :

Saytın rəngi :

“Depressiyadan uzaqlaş, iradəyə yaxınlaş” adlı təlim keçirildi

21 avqust 2020 | 11:00
21 avqust 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə videokonfrans formatında “Depressiyadan uzaqlaş, iradəyə yaxınlaş” adlı təlim keçirildi.

Təlimdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, klinik psixoloq Anara Quliyeva, gənc psixoloq Nəzrin İmanova və fəal gənclər iştirak etdilər.

YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev giriş nitqi ilə çıxış edərək, gənclərə tədbirin məqsədi haqqında məlumat verdi. Bildirdi ki, Koronavirus xəstəliyinin (COVİD-19) yayılması ilə əlaqədar cəmiyyətimiz, xüsusilə gənclərimiz həyat rejiminin ciddi pozulması ilə üzləşirlər. Pandemiya dövründə tətbiq olunan karantin qaydaları nəticəsində yaranan fiziki uzaqlaşmanı qəbul etmək çox ağırdır və bu gənclərin psixoloji sağlamlığına təsirsiz qalmır. “Depressiyadan uzaqlaş, iradəyə yaxınlaş” adlı təlimin əsas məqsədi COVİD-19 pandemiyası dövründə gənclərin psixoloji sağlamlığının qorunmasıdır.

Psixoloq Nəzrin İmanova mövzu ilə bağlı təqdimatla çıxış edərək gənclərə psixoloji təlim keçdi. Təlim çərçivəsində gənclərə depressiyadan uzaqlaşmağı yolları, sağlam həyat tərzi və motivasiya haqqında məlumatlar verildi.

"LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin əməkdaşı çıxış edərək keçirilən təlimin önəmindən danışdı və gənclərə art terapiya tipli mini təlim keçdi. Gənclərə tövsiyə etdi ki, onlar mütəmadi şəkildə professional dəstək alaraq mütəxəssislərə müraciət etməlidirlər və onları narahat edən məsələləri mütəmadi şəkildə sorğu-sual edərək səbəbləri aşkarlayıb korreksiya etməlidirlər. Qeyd etdi ki, gənclər gündəlik yaşam nizamını nəzərdən keçirib, qeyri-faydalı işləri kənarlaşdırmalı və onlar üçün faydalı ola biləcək işləri, məlumatları həyatlarına daxil etməlidirlər.

Daha sonra, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov gənclərin rayonda “COVİD-19”-la bağlı maarifləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verdi. Rüfət Əhmədov qeyd etdi ki, “COVİD-19” pandemiyası ilə əlaqədar karantin dövründə gənclərlə bağlı onların sağlamlığının qorunması, şəxsi inkişafları və vətənpərvərliklə bağlı xüsusi maarifləndirici tədbirlər onlayn formatda görülmüş eyni zamanda, az təminatlı ailələrə yardımların verilməsində yaxından iştirak edilmiş və gənc könüllülərdən ibarət operativ qrup formalaşdırılaraq rayonda karantin qaydalarına əməl olunması istiqamətində monitorinqlər keçirilmişdir. Eyni zamanda bildirdi ki, psixoloqlarımıza sosial şəbəkələr vasitəsilə gənclərimizin psixoloji sağlamlığının qorunması istiqamətində daha fəal olmağa çağırdı.

Sonda təlim iştirakçıları mövzu ətrafında müxtəlif fikir mübadilələri apararaq, onları maraqlandıran sualları səsləndirdilər.
 
 
 
 
Keçidlər