Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən mütəmadi olaraq reydlər keçirilir

25 avqust 2020 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə, ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Binəqədi rayonunda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər uğurla davam etdirilir.

Rayon ərazisində fəaliyyət göstərən ərzaq, un məmulatları və mobil aksesuarların satışını həyata keçirən mağazalarda gənclər tərəfindən keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla söhbətlər aparıldı, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olundu, karantin rejiminin yumşaldılmasına baxmayaraq mütləq şəkildə tibbi maskadan istifadə etmələri, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıqlar olundu.
 
 
 
 
Keçidlər