Motivasiya üçün nələr etməliyik?” adlı təlim keçirildi
26 avqust 2020 | 11:00
26 avqust 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi və Şamaxı rayon təşkilatı Gənclər Birlikləri, "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə videokonfrans formatında "Motivasiya üçün nələr etməliyik?” adlı təlim keçirildi.
Təlimdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin sədri Nuranə Məmmədova, "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Şahin Əliyev və fəal gənclər iştirak etdilər.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev giriş nitqi ilə çıxış edərək, gənclərə tədbirin məqsədi haqqında məlumat verdi. Bildirdi ki, motivasiya həyatimizdə istənilən uğura çatmaq üçün əsas rola malikdir və gənclərimiz mütəmadi şəkildə öz məqsədlərinə çatmaq üçün motivasiya axtarışında olurlar. Təlimin məqsədi gənclərin motivasiyasını yüksəldərək onları həyatda uğur əldə etməyə yönləndirmək, həyat vərdişlərini nizamlı qaydaya salmağa kömək etmək və COVİD-19 pandemiyası dövründə gənclərin sosial inkişafını təmin etməkdir.

"LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Şahin Əliyev çıxış edərək gənclərə “motivasiya nədir?”, “hansı amillər gənclərin motivasiyasına təsir edir?” haqqında məlumat verdi. Qeyd etdi ki, gənclər motivasiya əldə etmək üçün başqalarının uğurlarına baxaraq onları təkrarlamağa çalışır bu isə istənilən nəticəni əldə etməyə imkan vermir. Çünki uğurun əsas formulu insanın özündədir və gənclər başqalarının uğurlarını təkrar etməkdən daha çox öz məqsədlərini müəyyənləşdirib onlara çatmağı hədəfləməlidirlər.
Daha sonra, YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin sədri Nuranə Məmmədova keçirilən təlimin önəmindən danışdı və bildirdi ki, bu cür təlimlərin keçirilməsi gənclərin şəxsi inkişafında xüsusi rol oynayır. Hər bir gənc kimliyindən asılı olmayaraq öz sevdiyi işlə məşğul olmalıdır və bu onların uğur qazanmağına təsir göstərən başlıca amildir.
Çıxış edən, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev Binəqədi rayonunda gənclərin inkişafı istiqamətində keçirilən tədbirlər haqqında məlumat verdi. Xüsusilə vurğuladı ki, sosial şəbəkələr bu gün gənclərin həyatının ayırlmaz hissəsidir və bura da gənclərlə bağlı onların şəxsi inkişafı istiqamətində maarifləndirici məlumatlar daha çox paylaşılmalıdır.
Sonda gənclər onları maraqlandıran suallar və mövzular ətrafında fikir mübadiləsi apardılar.