Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Gənclər Evi tərəfindən təşkil olunan "Gənclərin Online Liderlik Yay Məktəbi" layihəsi davam edir

08 sentyabr 2020 | 11:00
Binəqədi Gənclər Evi tərəfindən təşkil olunan "Gənclərin Online Liderlik Yay Məktəbi" layihəsi uğurla davam etdirilir. Layihənin davam etdiyi müddətdə (04 avqust-07 sentyabr 2020-ci il) müxtəlif mövzularda 13 vebinar təşkil olunub. Ümumilikdə 26 saatı əhatə edən vebinarlarda 80 gənc iştirak edib.
 
Layihə müddətində Gənc liderlər şəhidlərimiz Yaşar Babayev, İlqar Mirzəyev, Polad Həşimov, Mübariz İbrahimov və Raquf Orucovun adlarını daşıyan 5 komandaya bölünərək, fəaliyyət göstərib.
 
Əsasən, gənclərin liderlik qabiliyyətinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli və faydalı dəyərləndirilməsinə yönəlmiş möhtəşəm layihədə öz sahələrində uğurlu olan təlimçilər çıxış edib:
  • Təlimçi, konsultant Binəqədi Gənclər Evinin əməkdaşı  Anar Məmmədov
  • Binəqədi Gənclər Evinin əməkdaşı və psixoloqu Ofelia Əliyeva
  • Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Zeynal Rəşidli
  • Karyera psixoloqu və  AT-Geotecdə mütəxəssis Orxan Mahmudov
  • Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Mahmud Məmmədzadə
  • Prezident Mükafatçısı və Azərbaycanda ilk dəfə Sosial Sahibkarlıq Nominasiyası Mükafatının qalibi Sara Rəcəbli
  • ABŞ-ın State University of New York Plattsburght tələbəsi Aysun Axundlu
  • Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Üzeyir Mustafayev
  • Yoqi və meditator Kənan Məmmədov
  • Gənc startapçı və marketinq üzrə mütəxəssis Fərid Məhərrəmli
  • Brendiq strategiyası üzrə təlimçi Bəhman Hüseynli
  • Public Speaking Platformun təsisçisi, direktoru Əli Nurməmmədov
Layihə müddətində “Karyera və motivasiya”, “Əsas Həyat Bacarıqları”, “Layihə yazılması”, “Xaricdə təhsil”, “Xarici dil” və “Sağlamlıq” istiqamətlərində, “Sosial sahibkarlıq”, ”Layihə yazılması və idarəedilməsi”, “Komanda quruculuğu və düzgün qərarın qəbul edilməsi”, “Müsahibədən necə uğurla keçməli?”, “Yoqa və sağlamlıq”, “Konfiliktlərin və stresin idarə olunması”, “Brendinq strategiyası”, “Biznesin idarə olunması və inkişafı”, ”Karyera psixologiyası və gələcək karyeramız”, “Hər şey öz əlinizdədir” və s. mövzularda vebinarlar təşkil olunub.
 
Layihənin növbəti mərhələsində isə komandalar  arasında “Şahmat turniri", “Xəmsə Milli İntellektual Oyun”u, ”Futbol” yarışı və “Ən yaxşı layihə” müsabiqəsi keçiriləcək.
 
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə onlayn formatda Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilir.
 
Keçidlər