Sakinlərin Müraciət Xidmətinə noyabrda daxil olmuş müraciətlər
2013-cü ilin noyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglərin sayı 2050, cavablandırılmış zəngılərin sayı 1922, birbaşa cavablandırılmış zənglərin sayı 1411, 1 operator üzrə zənglərin orta sayı 75, yaradılmış əks əlaqələrin sayı 716, tərtib edilmiş şikayət vərəqələrinin sayı 520 olub.
Xidmət səviyyəsi 98,9 %, icraçılıq səviyyəsi 64,6 % təşkil edib.
Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində noyabr ayı ərzində müraciətlərinin 520-i və ya 27 %-i üzrə şikayət vərəqəsi tərtib edilib.
Şikayət xarakterli 520 müraciətin 336 və ya 64,6 %-nin icrası təmin edilib, o cümlədən 313 və ya 93,2 %-i tam həll olunub, 23 və ya 6,8 % müvafiq izahat verilərək həll edilib, 184 və ya 35,4 %-nin həlli icraatdadır.
Daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə, müraciətlərin 123-ü və ya 23,7 %-i su-kanalizasiya, 101-i və ya 19,4 %-i qaz təchizatı, 14-ü və ya 2,6 %-i elektrik enerjisi, 45-i və ya 8,7 %-i lift problemləri, 12-i və ya 2,4 %-i yolların yararsız olması, 190-ı və ya 36,6 %-i istilik təchizatı, 7-i və ya 1,3 %-i məişət və zibil tullantıları ilə əlaqədar, 28-i və ya 5,3 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.