Binəqədi rayonu ərazisində növbəti dəfə təmizlik işləri aparılmışdır
18 sentyabr 2020 | 11:00
Bakı şəhərində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində təmizlik işləri mütəmadi olaraq aparılmaqdadır.
Aidiyyəti qurumların əməkdaşları tərəfindən rayonun bütün qəsəbələrində müntəzəm və təxirəsalınmaz iməclik işləri görülməkdədir.