Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır

21 sentyabr 2020 | 11:00

Bildiyiniz kimi, son günlər Ermənistan ordusu Qarabağ bölgəsində və Ermənistanla sərhəd rayonlarda mütəmadi olaraq atəşkəs rejimini pozmağa, həmçinin, Livandan və digər ərəb ölkələrindən erməniləri və terrorçu PKK təşkilatına mənsub silahlıları işğal olunmuş Qarabağ zonasında yerləşdirməyə başlamışdır. Ermənistandakı mövcud cinayətkar rejim paralel olaraq Qarabağ bölgəsində aktiv şəkildə hərbi gücləndirmə işləri aparır, bütün bunlar isə Ermənistanın müharibəyə hazırlaşdığını deməyə əsas verir. Onların hansı məqsədə xidmət etdiklərini anlamadan belə riyakar güclərinə və cürətlərinə sığmayan təşəbbüsə əl atmaları biz Qarabağ əlillərini son dərəcə hiddətləndirmişdir. Azərbaycan ordusu, ölkə prezidentinin də dediyi kimi, daima öz əzəli torpaqlarını işğaldan azad etməyə hazırdır. Son günlər Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusu ilə birgə keçirdiyi hərbi təlimlər, Türkiyənin Azərbaycana göstərdiyi hərtərəfli dəstək bu cəhətdən ölkəmizin mövqeyini gücləndirir və qələbəmizi daha da yaxınlaşdırır. Heç kimin şübhəsi olmasın ki, zəfər sonunda mübariz Azərbaycan əsgərinin olacaqdır. Qarabağ əlilləri Ali baş komandanın əmrinə hazır dayanmışlar və əlinə silah alaraq müqəddəs torpaqlarımızı işğaldan azad olunması uğrunda başlayacaq döyüşlərə qoşulacağı günü səbirsizliklə gözləyir.

İlham Qayıbzadə
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri

Keçidlər