Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda görülən işlərlə bağlı “Məlumat saatı” formatında videomüşavirə keçirildi

22 sentyabr 2020 | 11:00

22.09.2020-ci il tarixində ölkəmizin ictimai-siyasi həyatında və Binəqədi rayonunda görülən işlərlə bağlı “Məlumat saatı” formatında  videomüşavirə keçirilib.

Müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri,  Rayon İcra Hakimiyyəti başçısının qəsəbə  və sahə  inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etdilər.

Açılış nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev son günlərdə Prezident İlham Əliyevin müxtəlif dövlət əhəmiyyətli layihələrin açılışında səsləndirdiyi fikirlərin hər bir Azərbaycan vətəndaşı üçün mühüm mesaj olduğunu bildirdi. E.Allahverdiyev ölkə başçısı tərəfindən aparılan məqsədyönlü və düşünülmüş siyasətin dövlətimizin inkişafına, daha yaxşı gələcəyinə hesablanmış istiqamət olduğunu qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışından irəli gələn tezisləri sitat gətirərək bu çıxışda da ölkə başçısının bir daha dünyanın diqqətini Ermənistanın təcavüzkar ritorikasına, törətdiyi təxribatlara yönəldərək BMT-ni və beynəlxalq ictimaiyyəti işğalçı ölkənin növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdiyini bildirdi.

Daha sonra, Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə aparılan abadlıq-quruculuq işləri fonunda Binəqədi rayonunda da həyata keçirilən abadlıq-quruculuq işləri, rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülməkdə olan işlər haqqında danışdı.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.


https://qafqazinfo.az/news/detail/bineqedide-melumat-saati-formatinda-videomusavire-kecirilib-299267

Keçidlər