8-ci mikrorayonda növbəti səyyar əmək birjası keçirildi
4 dekabr 2013-cü il tarixdə Binəqədi rayon Məşğulluq Mərkəzi Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8-ci mikrorayon, Azadlıq prospekti 182 saylı binanın həyətində yerləşən əhalinin mədəni kütləvi tədbirlər evində səyyar əmək birjası keçirildi.
Səyyar əmək birjasının keçirilməsində məqsəd həmin ərazidə yaşayan işaxtaran vətəndaşları əmək bazarında olan mövcud vəziyyətlə tanış etmək, işaxtaranlarla işəgötürənlər arasında birbaşa təmas yaratmaq, Məşğulluq Mərkəzinə daxil olmuş vakansiyaları onlara təklif etmək, mərkəz tərəfindən təşkil olunan peşə kursları barədə məlumat verməkdən ibarət idi.
Əmək birjasında 14 müəssisənin nümayəndəsi iştirak edirdi. Ümumilikdə, əmək birjasına 98 müəssisədən 825 boş vakant iş yerləri çıxarıldı, onlardan 30 dövlət müəssisələrindən 327 vakansiya, 1 xarici şirkətdən 11 vakansiya daxil olmuşdur.
Monitorla təchiz olunmuş səyyar əmək birjasının avtobusu əlavə olaraq vakansiyalar barədə məlumatı və Dövlət Məşğuluq Xidmətinin video çarxını yayımladı.
Müraciət edənlərin sayı 146 nəfər, onlardan 31 nəfərə boş (vakant) iş yerlərinə göndəriş verildi, 6 nəfər Məşğulluq Mərkəzi tərəfindən təşkil olunan peşə kurslarına cəlb olunaraq ümümi qeydiyyatdan keçdi, 34 nəfər işəgötürənlərin nümayəndələrinə özləri barədə şəxsi məlumatlarını təqdim etdi.
Müxtəlif peşələr və ixtisaslar üzrə təqdim olunan vakansiyalarda əmək haqqı 120-600 azn təşkil edirdi.