Şriftin ölçüsü :

Saytın rəngi :

306 № li tam orta məktəbin direktoru Gültəkin Ədilova rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi

06 oktyabr 2023 | 10:50

06 oktyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən 306 № li tam orta məktəbin direktoru Gültəkin Ədilova  rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Rayon   İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev Gültəkin Ədilovonı təbrik edərək gələcəyimiz olan gənclərin təlim-tərbiyəsində, şərəfli, eyni zamanda məsuliyyətli  işində ona uğurlar arzu etdilər.  

Gültəkin Ədilova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda təhsil sahəsində uğurla həyata keçirilən dövlət proqramlarına, gələcəyimiz olan  uşaqların sağlam və xoşbəxt böyümələri üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

Keçidlər