Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

06 dekabr 2013 | 11:00

6 dekabr 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.
Ekskursiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış oldular. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildirdilər ki, mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilib. Müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.
Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilib.
Muzeydə ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimi, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar, Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanışlıq ekskursiya iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Həmçinin, iştirakçılar Heydər Əliyev Mərkəzinin özünəməxsus quruluşa malik Auditorium zalında oldular. Burada məlumat verilib ki,  Auditorium zalı bir çox kütləvi tədbirlər – konfrans, forum, simpozium, konsert keçirilməsi üçün müasir infrastruktura malik ideal məkandır. 
Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları noyabrın 22-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin (United States Space and Rocket Center) dünya premyerası keçirilmiş "Kosmosa səyahət" sərgisində oldular. Bildirildi ki, “Kosmosa Səyahət” sərgisi Heydər Əliyev Mərkəzinin elm və təhsil sahəsindəki layihələri çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil olunub. ABŞ-ın Kosmik və Raket Mərkəzi tərəfindən yaradılan və Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) ilə əməkdaşlıq çərçivəsində keçirilən sərgi 2014-cü il fevralın 23-dək davam edəcək.
İştirakçılar ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Sovet İttifaqı tərəfindən yaradılmış ən müxtəlif kosmik gəmilərin və kosmik texnologiyaların eksponatları ilə tanış olaraq müxtəlif raket tipləri, çoxistifadəli kosmik gəmilərin fəaliyyəti, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri, kosmosda qida məhsulları, meteoritlər və Azərbaycanın ilk süni peyki olan  “Azərspace-1”-in  orbitə çıxarmasından bəhs edən video və foto mateiallarla və eləcə də onların bir çoxlarının original maketləri ilə yaxından tanış oldular. İştirakçılara kosmik texnologiyaların inkişaf tarixi haqda geniş məlumat verildi.

Keçidlər