Beynəlxalq dəyərlərə fərqli münasibət
03 oktyabr 2020 | 11:00
Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz xalqımıza uzun illərdir gözlədiyi qələbə zəfərini yaşatmaqdadır. Təəssüflər olsun ki, haqq savaşımız dünya dövlətləri tərəfindən birmənalı qarşılanmamaqdadır. Bir çox ölkələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə yanımızda olsa da, bu prosesdə bizə qarşı çıxmağa çalışan, Ermənistan cinayətkar rejimini dəstəkləyən, onu qorumağa çalışanlar da az deyil. Təbii ki, bunların içində xalq olaraq bizi ən çox hiddətləndirən və məyus edən Fransa Prezidenti Emmanuel Makronun çıxışı idi. 30 ilə yaxın bir zamanda münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan Fransanın bu yanaşma ilə çıxış etməsi əslində qeyd edilən illərdə münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir əhəmiyyət kəsb etmədiyinin sübutudur. Bu kimi bəyənatlar sözdə insan hüquqlarının carçısı olan Avropa ölkələrinin əsl məqsəd və məramlarını göstərir. Öz ata-baba yurdlarından didərgin salınmış insanların ümdə hüquqlarının müdafiə edilməsi əvəzinə vandal və faşist rejimə qahmar çıxmaq ən böyük ədalətsizlikdir. Tarixə nəzər saldıqda Fransa tərəfindən müxtəlif zamanlarda törədilən qətliamlar əslində insan haqqları anlayışının sözdə və dırnaqarası olduğunun sübutudur. Azərbaycan xalqı olaraq ölkə başçısının bütün nitqləri, diplomatik davranışları bizdə böyük əminlik yaratmaqdadır. Ölkə başçısı bütün ona zəng etmiş liderlə əlaqə zamanı Azərbaycan xalqının arzu və istəklərinə uyğun lazımi cavablar verir.
Əminik və inanırıq ki, haqq savaşında qalib olacağıq!
Əminik və inanırıq ki, haqq savaşında qalib olacağıq!