Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Şəhərimizi tullantılardan qoruyaq” adlı layihə çərçivəsində marifləndirici aksiya keçirildi

01 oktyabr 2020 | 11:00
30 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi 2020-ci il 1-ci qrant müsabiqəsinin qalibi olmuş “İnkişaf” yerli özünüidarəetmənin təşviqi İctimai Birliyinin “Şəhərimizi tullantılardan qoruyaq” adlı layihəsi çərçivəsində marifləndirici aksiya keçirildi.

Aksiya çərçivəsində Binəqədi rayonu ərazisində H.Əliyev adına istirahət parkında, Z.Əliyeva adına istirahət parkında, rayon ərzasində yerləşən abad məhəllələrdə, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən dendroloji parkda, Binəqədi qəsəbəsi ərazisindəki Zəli gölü ətrafında və Novxanı çimərliyi ərazisində əvvəlcədən müəyyən edilmiş yerlərdə məlumatlandırıcı lövhələr yerləşdirildi.

Daha sonra Binəqədi rayonu ərazsində insanların sıx olduğu yerlərdə məlumatlandırıcı buklet və flayerlər paylanıldı.

Aksiya 10 nəfər könüllü gəncin iştirakı ilə həyata keçirildi.
 
 
 
 
 
 
 
 
 
Keçidlər