Rayon ərazisində təmizlik işləri davamlı olaraq həyata keçirilir
26 sentyabr 2020 | 11:00
Bakı şəhərində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində təmizlik işləri davamlı olaraq həyata keçirilir.
Keçirilmiş iməcliklər zamanı rayonun qəsəbə və ətraf əraziləri yabanı, quru alaq otlardan təmizlənir, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılır. Eyni zamanda məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə əraziyə xüsusi təyinatlı maşınlar cəlb olunur.