Şriftin ölçüsü :

Saytın rəngi :

Biz Prezidentimizə və Milli Ordumuza güvənirik

17 oktyabr 2020 | 11:00
Məlum olduğu kimi, sentyabrın 27-dən Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti təcavüzə başlayıb. Böyük fəxr hissi ilə bildiririk ki, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsi dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırıb. Bu gün dünya azərbaycanlıları Azərbaycan xalqının, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib. 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bir milyon insanının öz torpaqlarından qovulması beynəlxalq hüququn artıq işləməməsi, ikiüzlü siyasətin nəticəsidir. Artıq BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamə Ermənistan tərəfindən icra edilmir. Məhz buna görə də Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna verdiyi müsahibə deyib ki, BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir: “Azərbaycanın mövqeyi həmişə çox konstruktiv və ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb. Danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir”.

İnanınırıq ki, Azərbaycan ordusu bu qətnamələrin icrasını təmin edəcək. Dünya birliyi torpaqları işğal altında olan, bir milyon insanının öz yurd yerlərinə qayıda bilməyən, bütün hüquqları pozulmuş Azərbaycanın yanında olacaq.

Ermənistan planlı şəkildə xarici ölkələrdə təxribatlara başlayırlar. Cəbhədəki uğursuzluqları onları daha da aqressivləşdirib. Ermənilər tərəfindən müharibə şəraitində mərkəzi şəhərlərdə, o cümlədən xaricdə ictimai təhlükəsizliyi pozmaq və əhali arasında vahimə yaratmaq üçün terror əməlləri törədilir. Döyüş bölgəsindən uzaqda yerləşən Gəncə və Mingəçevir hadisələri bu məqsədlə baş verib.  Prezident İlham Əliyev məlum müsahibədə qeyd edib ki, Ermənistan dinc əhaliyə qarşı terror törədir: “Bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb”.

Bu gün xalqımız müharibənin uğurlarının sevincini yaşayır. Hamı istəyir ki, işğal olunmuş torpaqlarımız geri qaytarılmayana kimi müharibə dayanmasın. Azərbaycan xalqı milli məsələdə istər ön cəbhədə, istərsə də arxa cəbhə birləşib düşmənə mübarizə aparmaq gücünü ortaya qoydu. Rəşadətli Milli Ordumuz hər gün cəbhədə böyük uğurlar əldə edir. Ölkə başçısının hər xalqa müraciətində işğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimizin adını çəkməsini qürurla dinləyirik. Oktyabrın 17-də isə Prezidentin Füzulinin işğaldan azad olmasını bildirməsi bütün xalqımızın böyük sevincinə səbəb oldu. Füzuli döyüşləri çox gərgin oldu. Burada sanki Stalinqrad döyüşləri kimi düşmənlə mübarizə aparıldı. Nəticədə isə müzəffər ordumzun qələbə qazandı. Biz Prezidentimizə və Milli Ordumuza güvənirik. İnanırıq ki, bütün işağl olunmuş torpalqarımız erməni işağlından azad olunacaq və soydaşlarımız Qarbağımıza qayıdacaq. Tanrı dövlətimizi və orudmuzu qorusun! 
 
Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev 
Keçidlər