Şriftin ölçüsü :

Saytın rəngi :

“İşğalçılıq siyasəti Ermənistanı kapitulyasiyaya doğru aparır”

20 oktyabr 2020 | 11:00
Ermənistanın 30 il işğalçılıq siyasəti apararaq həmin siyasətin özü üçün ağır və geriyə dönüşü olmayan fəsadlarını hesablaya bilməməsi, onu kapitulyasiyaya doğru aparır. Lakin cinayətkar və faşist Ermənistan rəhbərliyi hələ də hərbi sahədəki məğlubiyyətlərini kompensasiya etmək üçün Azərbaycanın böyük şəhərlərindən olan Gəncə və Mingəçevirdə mülki əhaliyə raket və toplardan atəş açmaqla kompensasiya etməyə çalışır, ancaq bütün bunlar təslim olmağa doğru gedən Ermənistanı xilas edə bilməyəcək. Bu gün işğaldan azad olunmuş ərazilərə video görüntülər vasitəsilə baxdıqda orada normal vəziyyətdə olan yaşayış evləri və ya binalar görmək mümkün deyil. Bu bir daha Ermənistan işğalçılıq faktını təsdiqləyərək, onun faşist əməllərini açıq gerçəkliklə nümayiş etdirir. İşğal etdiyi ərazilərdə 30 il ərzində özünküləşdirmək siyasəti aparan Ermənistanın, Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq burada Livandan, Suriyadan və başqa yerlərdən daimi yaşayan erməni əsilli əhali formalaşdırmaq əməlləri iflasa uğrayıb. Digər tərəfdən iqtisadiyyatı tamamilə tənəzzülə uğrayan və yoxsul Ermənistanın külli miqdarda silah-sursata sahib olması, bunları hansı imkanlarla əldə etməsi Azərbaycan cəmiyyətində ciddi suallar yaradır və görünür Ermənistana bu dəstəyi verənlər hələ də köhnə, uzağa hesablanmamış strategiyanı həyata keçirirlər. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan isə başda cənab Ali Baş Komandan olmaqla rəşadətli ordumuzun qəhrəman əsgərləri ilə vətən müharibəsində öz azadlıq mübarizəsini aparır. Ordumuz hər gün qarış-qarış erməni işğalı altında olan torpaqlarımızı azad edir və Azərbaycan xalqına sevincli müjdələr verir. Qısa zaman ərzində 30 ilə yaxındır işğal altında olan Cəbrayıl, Füzuli, Zəngilan rayonlarının  və Hadrut qəsəbəsinin azad edilərək, orada Azərbaycan bayrağının dalğalandırılması cənab Ali Baş Komandanın qətiyyətini, xalqımızın haqq iradəsinin möhkəmliyini göstərir. 
 
Fəsli Nəbiyev,
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri
 

https://modern.az/az/news/261265

 

Keçidlər