Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusu üstünlüyünü birmənalı olaraq qoruyur-çünki onun başında bacarıqlı və qətiyyətli Ali Baş Komandan – İlham Əliyev dayanır

21 oktyabr 2020 | 11:00
Əvvəla qeyd etmək lazimdır ki 2016 cı ilin aprel döyüşlərində, 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı və 2020-ci il, 12 iyul əməliyyatında qazanılan qələbələr  Azərbaycan Ordusunun hərbi ustünlüyünün ilk müjdələri oldu və  şanlı tariximizdə öz yerini  tutdu.

Hər dəfə olduğu kimi, bu dəfə də mənfur qonşumuz işğalçı erməni qüvvələri birinci olaraq təxribata başladılar və mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərdi  ki, Ermənistan əsl terrorist dövlətdir.

Lakin Azərbaycan ordusu hər zaman olduğu kimi düşmənə layiqli cavabı vermişdir. 2020 ci ilin 27 sentyabrından başlanan toqquşmalar və qanlı döyüşlər bir daha sübut etdi ki Azərbaycan ordusu güclüdür, xalqla iqtidar arasındakı fikir birliyi vardır. Bunun əməli nəticəsi olaraq Ermənistanla açıq döyüşdə ordumuz qələbə qazandı  və bu qələbələr seriyası davam etməkdədir.

Çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmişdir. Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində müvafiq göstərişlər verilmiş və beynəlxalq birliklərə və onların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat verilmişdır.

Artıq neçə gündür ki, Azərbaycan Ordu¬su düşmənə öz gücünü, qüdrətini göstərərək, müqəddəs torpaqlarımız, Vətənimiz və xalqımız uğrunda mübarizəni davam etdirir. Ordumuz qarşısında tab gətirə bilməyən ermənilər hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraq¬larını da döyüş meydanında qoyub qaçırlar.

Ordumuzun hərbi üstünlüyü ələ ala bilməsinin səbəblərinə gəldikdə birinci olaraq  qeyd etmək lazımdır ki bu  hərbi sahədə aparılan islahatlarla bağlıdır. Belə ki Prezident İlham Əliyevin başçılığı ilə aparılan uğurlu daxili və xarici siyasət dövlətimizin hərtərəfli dinamik inkişafına və hərbi gücünün artmasına səbəb olmuşdur. İkinci səbəb kimi isə xalqımızın döyüşkənlik əzmi və ruhu ilə bağlıdır ki dövlət səviyyəsində də bu sahədə təbliğat işi ardıcıl və düzgün qurulmuşdur.

Ordumuzun ardıcıl qələbələri onun tam üstünlüyünü təmin etdi. Belə ki ilk olaraq 27.09.2020 saat 07-36-dan başlayaraq Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürüldü, ardınca xeyli sayda  kəndlərimiz, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri, tarixi Suqovuşan kəndi, Füzuli və  Zəngilan şəhərləri – işğaldan azad olunmuşdur. Füzuli döyüşləri Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaqdır, çünki Ali Baş Komandanın başçılığı ilə düzgün qurulmuş taktika əsasında Şanlı Ordumuz düşmənə elə ağır bir zərbə vurdu ki,  artıq düşmən geri çəkilməkdədir və müdafiəyə keçməyə məcbur edilmişdir.

Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq bütün Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu qürurlandırdı. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir hədəfə vurmağı bacarır. Bu, xalq-iqtidar sarsılmaz birliyini sübut edən ən tutarlı faktdır.

Xalqımız öz Ali Baş Komandanına, rəşadətli və mərd igidlərədn ibarət olan  ordusuna inanır. Cəbhədən gələn hər qələbə müjdəli xoş xəbər bizləri daha inamlı, daha da mübariz edir. 

Mən bir tarix müəllimi kimi qürür duyuram ki gələcək nəsillərə işğal tarixlərini deyil, artıq Şanlı qələbə tarixlərini öyrədəcəyəm, bəli bu qələbələrin memarı Xalqımız və onun inamlı  və qətiyyətli sərkərdəsi prezident İlham Əliyevdir.

Biz müəllim ordusu olaraq hər zaman ordumuzun, əsgərlərimizin yanındayıq. Ali Baş Komandanın hər bir əmrinə hazırıq.
  Ramal Alıyev: Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin tarix müəllimi
 
Keçidlər