Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir

21 oktyabr 2020 | 11:00
Müzəffər Azərbaycan ordusu yeni bir tarix yazır - işğalçı Ermənistan ordusununa layiq olduqları yeri göstərir. Düşmənin ardıcıl olaraq  məğlubiyyət yaşaması erməni ordusu haqqında bütün mifik düşüncələri darmadağın etdi.

90-cı illərin əvvələrində respublikamızın yeni müstəqillik qazandığı vaxtlar ordunun təşkil olunmadığı bir vaxtda Rusiya ordusunun tör-töküntülərinin köməyi ilə ölkəmizin ərazisinin 20 %-nin işğalını ermənilər öz ordusunun adına yazaraq Azərbaycan ordusunun bacarıqsız olduğunu iddia edirdi.

Halbuki,  Birinci Qarabağ müharibəsində də rəşadətli Azərbaycan oğulları ov tüfəngləri ilə nizami rus ordusuna qarşı sücaətlə vuruşmuş və şəhidlər vermişdir. Lakin qeyri-bərabər güc qarşısında biz öz torpaqlarımızı itirdik. Ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda başlanan hərtərəfli quruculuq işləri nəticəsində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə öz imkanlarını genişləndirərək rəşadətli bir ordu qurdu.

Möhtərəm Prezidentimiz, Ali baş komandanımız İlham Əliyev ümummilli liderimizin siyasi kursunu daha da inkişaf etdirərək dünya ölkələrinin, o cümlədən qardaş Türkiyə və Əfqanıstan tərəfindən Azərbaycanın haqq işinə dəstək vermələrinə nail oldu. Dünyanın siyasi müstəvisində Dağlıq Qarabağ münaqişəsində haqq və ədalətin Azərbaycan tərəfində olduğunun etiraf edilməsinə nail oldu.

Bu illər ərzində Ali Baş komandamız Azərbaycan Ordusunun NATO standartlarına uyğun formada inkişaf etdirilməsin nail oldu. Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki,  bu gün Ali baş komandanımızın rəhbərliyi altında igid azərbaycan oğulları hər gün cəbhədən bizi şad xəbərlərlə sevindirilər. Bu sevincin həddi-hüdudu yoxdur. Bu sevinci bütün Azərbaycan xalqı yaşayır. İllərlə torpaq həsrəti çəkən məcburi köçkünlərimizin sevinci itirilmiş anasını tapan körpənin keçirdiyi hiss qədər hüdudsuzdur. Bütün Azərbaycan xalqı Prezidentimiz və ordumuzla bir nəfəs alır. Ordumuz diz çökməkdə olan, terrorçu, faşist xislətli mənfur düşmənə layiq olduğu yeri göstərir. 

Azərbaycan xalqı tarixən öz igidləri, qəhrəmanları ilə fəxr edib. Ancaq bu neçə ildə xalqımıza düşmənlər tərəfindən olunan təhqirlərə Azərbaycanın qəhrəman ordusu dərs verdi. Budur Azərbaycan xalqının gücü və iradəsi. Ali baş komandanın rəhbərliyi ilə azərbaycan ordusu tarix yazır. Bu tarix şanlı tarixdir. Ordumuz öz torpaqları uğrunda döyüşür. Onun savaşı haqq savaşıdır. Haqq yolunda savaşanlar zəfər çalarlar. Hər gün Azərbaycan bayrağı yeni yaşayış məntəqələrimizdə dalğalanır. Azərbaycan Ordusunun istifadə etdiyi döyüş taktikaları dünyanın inkişaf etmiş ölkələri tərəfindən artıq öyrənilməkdədir. Bu insana qürur verir. Bu günlər üçün Azərbaycan xalqı qətiyyətli, bacarıqlı İlham Əliyev cənablarına, qüdrətli Azərbaycan ordusuna borcludur. İnsanlara bu sevinci, qüruru yaşadan onlardır.

Yaşasın Azərbaycan!  Qarabağ Azərbaycandır!
  Cavid Abaszadə: 297 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini
Keçidlər