Qələbəyə aparan yol!
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Azərbaycan xalqının və Azərbaycan dövlətinin xilaskarı, ümumilli liderimiz Heydər Əliyev Azərbaycanda 2-ci dəfə hakimiyyətə gəldikdən dərhal sonra Qarabağ problemini Azərbaycanın bir nömrəli problemi elan etdi. Hakimiyyətdə olduğu 10 il ərzində o, ümümmilli problemin həlli üçün çox işlər gördü. Lakin mövcud reallıqlar, vaxt və ömür ona problemi həll etmək üçün imkan vermədi.
2003-cü ilin prezident seçkiləri ərəfəsində səhhəti ilə əlaqədar Ulu Öndərimiz Heydər Əliyev seçkilərdə iştirak edə bilmədi. O zaman ümumilli liderimiz Azərbaycan xalqına müraciət etdi. Həmin tarixi müraciətdə deyilirdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident seçkiləri ərəfəsində İlham Əliyev Azərbaycan xalqına müraciətində demişdi: “Əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyevin siyasətinə sadiq qalacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm”. Azərbaycan xalqı Ulu Öndərin və İlham Əliyevin çağırışına mütəşəkkilliklə cavab verərək böyük üstünlüklə İlham Əliyevi prezident seçdilər. O günlərdən bizi düz 17 il ayırır. Bu illər ərzində İlham Əliyev prezident kimi bu yolda uğurla, inamla, qətiyyətlə addımlamaqda, dövlət siyasətində, idarəetmədə, beynəlxalq siyasətdə xarüqələr yaratmaqdadır. Bu yazıda mən son 17 il ərzində onun yaratdığı möcüzələrdən söhbət açmaq fikrində deyiləm. Çünki yaradılanları yazıya köçürmək üçün cild-cild kitablar yazmaq lazımdır. Əminəm ki, gələcəkdə bu möhtəşəm şəxsiyyətin qurduqlarını, yaratdıqlarını səlnaməçilər kitablara köçürəcək. Mənim məqsədim cənab İlham Əliyevin ölkənin 1 nömrəli probleminin həlli istiqamətində gördüyü işlərdən söhbət açmaqdır. Ulu Öndər tərəfindən elan olunan, lakin onun dövründə həllini tapmamış Qarabağ problemi barədə... Qarabağ problemi SSRİ-nin dağılması ərəfəsində baş qaldıran, sonra isə possovet məkanında Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Krım, Luqansk, Dovetsk və bu kimi separatçı proseslərlə müşayət olunan və həlli çox çətin olan bir problemdir. İlham Əliyevə - bu gənc dövlət başçısına, Sovet İttifaqından, təkcə Sovetlərdən yox, kökü 200 ildən çox zamana gedib çıxan zamandan dərin bir yara, ağır bir problem miras qalmışdı. Hətta, 2003-cü ildə prezident seçildikdən sonra da, Qarabağ probleminin həllindən söz düşəndə cəmiyyətdə belə bir fikir səslənirdi. “Əgər bu problemi Heydər Əliyev kimi nəhəng həll edə bilmədisə, İlham Əliyev həll edə bilməyəcək”... Bu problemi yaradanlar onu elə bir düyünə salmışdılar ki, artıq onun həlli iki ölkənin səlahiyyət dairəsindən çıxaraq beynəlxalq problemə çevrilmişdir. Qarabağ düyününün həlli BMT-də, onun Təhlükəsizlik Şurasında müzakirə olunsa da, işğalçı erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması barədə Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına baxmayaraq, dünyanı idarə edən bu boyda təşkilat bu problemi həll edə bilməmişdi. Nəhayət, bu problemin həlli ATƏT-ə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, 1992-ci ildə bu təşkilat tərəfindən yaradılan on bir dövlətin təmsil olunduğu Minsk qrupuna həvalə edilmişdi. İndi tarixə səyahət etsək görərik ki, bu yerlərə gəlmə olan Qarabağ erməniləri son yüz ildə bir neçə dəfə Azərbaycandan ayrılmaq barədə məsələ qaldıraraq ixtişaşlar törətmişdilər. Onların sonuncu dalğası 1988-ci ilin fevralından başlanmışdı. Bu o zaman idi ki, Azərbaycan xalqının son yüz ildə yetirdiyi ən böyük tarixi şəxsiyyət, ictimai-siyasi və dövlət xadimi olan Heydər Əliyev artıq mənfur Mixail Qarbaçov tərəfindən hakimiyyətdən kənarlaşdırılmışdı. Qarboçovun ətrafına toplanmış daşnak ermənilər bundan istifadə edərək Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi fikrini səsləndirməyə başlamışdılar. Bu fikir səslənəndə hələ Sovet İttifaqı sağ idi. Həm də bu fikirlərin məhz Fransada səslənməsi təsadüfi deyildi. Qarabağda baş verən hadisələr çox sürətlə cərəyan edirdi. 1988-1993-cü illəri Azərbaycan tarixinin faciələrlə dolu ən ağır illəri idi və əslində Qarabağın son taleyi də o illərdə həll edilmişdi. Həmin illərdə hakimiyyət başında olan başsız, səriştəsiz, milli heysiyyatlardan uzaq olan rəhbərlərin məsuliyyətsizliyi, hakimiyyət uğurunda mübarizələr, orduda başıpozuqluq, torpaqlarımızın itirilməsi ilə nəticələnmişdi. Ölkənin Cənub və Şimal bölgələrində baş qaldıran seperatçılıq hərəkatı, ölkənin vətəndaş müharibəsi həddinə gətirib çıxarmış, ölkə parçalanmaq təhlükəsi ilə ilə üzləşmişdi. 1993-cü ildə ölkənin parçalamaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev nə qədər cəhd etsə, çarpışsa da Qarabağ probleminin həllinə nail ola bilmədi. Mövcud şərait, vaxt və ömür imkan vermədi. İlham Əliyevin dövlət başçısı kimi qarşısında çox ağır bir problem dururdu. Bu problemi həll etmək üçün çox iş görmək lazım idi. Lakin bütün bunların hamsından əvvəl ona səbr, təmkin, dözüm, iradə qətiyyət və cəsarət lazım idi. İlham Əliyev bu keyfiyyətlərə malik idi. Bu keyfiyyətlər ona birinci növbədə genetik ötürülmüşdür. İkincisi o, uzun illər atası - ümumilli liderimiz Heydər Əliyevdən dərs almışdı. Həyat dərsi, insanlıq dərsi, mübarizə dərsi, siyasət dərsi, idarəetmə dərsi, sərkərdəlik dərsi və daha nələr... Bəli, İlham Əliyev hakimiyyətdə olduğu 17 il ərzində Qarabağ problemin həllinə doğru hər gün bir addım atdı. Ulu Öndərimizin müəllifi olduğu Azərbaycanın neft strategiyasını davam və inkişaf etdirmək istər strateji, istər siyasi, istərsə də iqtisadi aspektdə Qarabağ probleminin həlli istiqamətində atılan ən mühüm addımlar idi. Qarabağ probleminin həlli ilə əlaqədar ümumilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təməl prinsiplərini əsas götürərək Azərbaycanın qəti mövqeyini bəyan etdi: “Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti ola bilməz. Dağlıq Qarabağ probleminin həllinə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxıla bilər. Buna qədər isə işğal olunmuş torpaqlar qeyd-şərtsiz BMT TŞ-nın qətnamələrinə uyğun boşaldılmalı və işğalçı erməni qoşunları ərazidən çıxmalıdır.” Problemin həllinə yönəlmiş qəti və dəyişməz mövqeni bəyan etdikdən sonra Cənab Prezident problemin həlli yolunda fəaliyyətə başladı. Onu da qeyd etməliyəm ki, problemin sülh yolu ilə həllinə Azərbaycan və onun dövlət başçısı cənab İlham Əliyev hər zaman sadiq olmuş, bununla yanaşı, həm də dəfələrlə bəyan etmişdir ki, əgər sülh və danışıqlar yolu ilə həllini tapmazsa, Azərbaycan problemi hərbi yolla həll etmək hüququnu özündə saxlayır.
Azərbaycan düz 26 il münaqişənin sülh yolu ilə həll variantına sadiq qaldı. Bu illər ərzində Ermənistan hər dəfə danışıqların həlledici məqamında bir bəhanə gətirərək və ya bir hadisə törədərək danışıqları dalana dirədi. Düşmən ölkədə 5 dəfə prezident seçkiləri keçirildi. 4 müxtəlif erməni millətçisi Ermənistana rəhbərlik etdi. Lakin bunların heç biri konstruktiv addım atmadı, atmaq istəmədi. Çünki bunların hər biri, hər şeydən əvvəl erməni idi. Erməni xisləti, hiyləgərlik, xəyanət, arxadan zərbə, faşist psixologiyası onların hər birinin ümumiləşmiş xüsusiyyətləri idi. Bu illər ərzində İlham Əliyev erməni dığalarının kaprizlərinə səbrlə dözdü. Bu illər ərzində İlham Əliyev həm də “sapı özümüzdən” olan baltaların, radikal müxalifətin sayıqlamalarını da eşitdi. Bəzən ölkə xaricində və daxılındə bir sıra neytral mövqeli insanların qınağına da tuş gəldi. Lakin xalq öz prezidentinə, öz Ali Baş Komandanına inanırdı və əmin idi ki, Prezident hər şeyi - nəyi, necə və nə vaxt eləməyi hamıdan yaxşı bilir və həm də problemin həlli üçün ciddi işlər görür. Heç kəsin belə təsəvvür etmədiyi bir hazırlıq işləri. Bu hazırlıq proqramın detalları təkcə bir şəxsə - Ali Baş Komandan İlham Əliyevə məlum imiş...
Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İlham Əliyev də hər zaman deyirdi: “İqtisadi güc ilk növbədə ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqların təmin etsin və insanlar daha da yaxşı yaşasın”. Məhz elə bu məqsədlə də prezident kimi fəaliyyətə başladığı ilk günlərdən, 2003-cü ilin 24 noyabrında sonralar Azərbaycanın sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyət kəsb edən tarixi fərmanını – “Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” fərmanını imzalamışdı. Ümumiyyətlə, cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə 200-dən artıq proqram xarakterli sənəd, o cümlədən, 12 konsepsiya, 12 milli strategiya, 12 strateji yol xəritəsi, 94 dövlət proqramı, 10 Milli Fəaliyyət Planı, 21 tədbirlər planı, 21 tədbirlər proqramı, 17 milli plan və proqramlar qəbul edilmiş və bu sənədlərlə müəyyən edilmiş vəzifələr uğurla icra edilərək hamısı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, onun iqtisadi qüdrətinin güclənməsinə, bir sözlə, Qarabağ probleminin həlli üçün zəmin hazırlamasına xidmət edir. Sənayenin şaxələndirilməsi, müasir sənaye sahələrinin yaradılması Azərbaycanın bu günkü taleyi üçün müstəsna əhəmiyyət kəsb edən, bir zamanlar çox adamların, siyasətçilərin dodaq büzdüyü süni peyklərin orbitə buraxılması xüsusilə yer səthini müşahidə edən “Azərspace” və “Azersky” peyklərinin orbitdə dövrə vurması Qarabağ probleminin həllində nə qədər müstəsna əhəmiyyət kəsb etdiyi indi hər kəsə məlumdur.
Azərbaycan cəmiyyətini qələbəyə kökləmək, onlara qələbə ruhunu aşılamaq, qələbə vərdişi yaratmaq cənab İlham Əliyevin və ölkənin birinci xanımı, birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daxili siyasətinin tərkib hissəsi olmuşdur. Avropanın “Eurovision” musiqi yarışmasında, I Avropa oyunlarında, İslam Həmrəylik oyunlarında və digər bu kimi yarış və müsabiqələrdə Azərbaycanın qalibiyyəti problemin həllinə istiqamətlənmiş mühüm strateji tədbirlər idi.
Ölkənin beynəlxalq nüfuzunun artırılmasının Qarabağ probleminin həllində mühüm amil olduğunu nəzərə alan İlham Əliyev bu istiqamətdə misli görünməyən addımlar atdı: 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olanda çoxları burnunun ucundan uzağı görə bilmədiyi halda (Yəni bu Azərbaycana nə verəcək?), Cənab Prezidentə istehza ilə baxırdılar. Lakin heç bir il keçməmiş, müstəqilliyinin 20 ilini yaşayan gənc respublikanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsində bu Hərəkatın üzvləri və daha 35 ölkə Azərbaycana səs verəndə opponentlərimiz başa düşdülər ki, nə üçün İlham Əliyev QH-na üzv olmaq üçün müraciət edib. Bu gün Azərbaycan BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməsi Azərbaycanın beynəlxalq nüfuzunun parlaq nümayişidir.
Yaxın qonşularla mehriban qonşuluq siyasətinin aparılması, dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış, qarşılıqlı hörmət və bərabər tərəfli münasibətlərinin qurulması dünyanın aparıcı beynəlxalq təşkilatlarına üzv olan ölkələr ilə həm birliklər səviyyəsində, həm də ikitərəfli səviyyədə yüksək səviyyəli əməkdaşlıq, ən yaxın qonşularımız olan - Rusiya, İran, Türkiyə və Gürcüstan ilə 3 tərəfli formatda yüksək səviyyəli münasibətlərin qurulması, qardaş Türkiyə ilə münasibətlərin dərinləşməsi, beynəlxalq və regional transimilli layihələr olan, - Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars Dəmir yol xəttinin çəkilişi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Azərbaycan regionun mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, onu dünyaya regionun aparıcı dövləti, etibarlı tərəfdaş, qüdrətli dövlət kimi təqdim edir. Azərbaycan bu gün uğurla Avropanın və regionun enerji təhlükəsizliyində uğurla iştirakı Qarabağ probleminin həlli üçün strateji əhəmiyyət kəsb edir.
Bütün bunlara dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliyi, strateji düşünmə, məqsədyönlü, davamlı yorulmaz və gərgin fəaliyyəti sayəsində nail olunmuş və hamsı ölkənin bir nömrəli probleminin - Qarabağ probleminin həllinə yönəlmişdir. Cənab Prezident İlham Əliyev dəfələrlə Azərbaycan tərəfindən Ermənistanı təcrid siyasətini bütün dünya ictimaiyyətinə bəyan etmişdir. Ermənistan məhz cənab İlham Əliyevin təcrid siyasəti nəticəsində regionun bütün layihələrindən kənarda qalmışdır, Azərbaycan razılığı olmadan Ermənistan heç bir regional layihəyə cəlb edilə bilməz və bu siyasət Qarabağ probleminin Azərbaycan şərtlərinə uyğun həlli tapılmayınca davam edəcəkdir. Bütün bunların nəticəsində Ermənistan kasıb, səfil, dilənçi bir ölkəyə çevrilmişdir.
Ordu quruculuğu hər zaman ölkə prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin bir nömrəli məsələsi olmuşdur. Ölkənin bir nömrəli probleminin həlli üçün Azərbaycan güclü orduya malik olmalıdır. “Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün, xüsusilə nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitində yaşayır, orduya diqqət yüksək səviyyədə olmalıdır”. Bu gün Azərbaycanda əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni şəraitə uyğun, müasir hərb elminin tələblərinə cavab verən, güclü ordu qurulmuşdur... Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Arsenalında yüksək dəqiqlikli ən müasir silahlara, yüksək texnologiyaların tələblərinə cavab verən, mühəndis texnikin qurğulara malik Azərbaycan Ordusu həm də bu silahları taktiki döyüş təlimlərində sınaqdan keçirmiş, onların idarə ediməsinə yiyələnmiş peşəkar zabit korpusuna, dünyanın ən qabaqcıl hərbi məktəblərində ordularında müasir hərb elminin sirlərinə yiyələnmiş hərbi elitaya malikdir. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi - bu gün “Azərbaycan ordusu nəinki bölgədə həm hərbi potensialına, həm döyüş qabilyyətinə, həm də təhcizata görə dünya miqyasında güclü ordular sırasındadır”.
İndi Cənab Ali Baş Komandanın bu kəlamlarını Azərbaycan Ordusu döyüş meydanında qazandığı möhtəşəm qələbələrlə sübut edir. Xalqımızı qələbəyə aparan yolda cənab prezidentimiz İlham Əliyevin son tədbirlərini qeyd etməmək mümkün deyil. Son illər ölkədə keçirilən prezident və parlament seçkilərinin irəli çəkilməsi, idarəetmə sahəsində aparılan struktur dəyişiklikləri, hakimiyyətin bütün vəsilələrində aparılan kadr islahatları, kadrların seçilib yerləşdirilməsində keyfiyyət amili, müxalifət düşərgəsi ilə siyasi dialoqun qurulması, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan instutisional və inzibati tədbirlər, ölkənin idarə edilməsində əsaslı dəyişikliklərin aparılmasına yönəlmiş və dəqiq hesablanmış çox ciddi tədbirlərdir və bütün bu tədbirlər həm də xalqda iqtidar birliyinin daha da möhkəm və monolit şəkildə birləşməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev prezidentlik fəaliyyətinin bütün dövrlərində onun daxili siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan etmişdir. Son 17 ildə ölkədə əhalinin sosial rifah halının yaxşılaşdırılmasında misilsiz işlər görülmüşdür. Ölkədə sarsılmaz xalq-iqtidar birliyi hökm sürür. Xalqla iqtidarın birliyi Azərbaycan cəmiyyətinin barometridir. Bu ilin iyul ayında Tovuz rayonu ərazisindəki dövlət sərhəddində baş vermiş növbəti erməni təxribatının qarşısı qətiyyətlə alındıqdan sonra iyul ayının 14-dən 15-nə keçən gecə on minlərlə insanın Cənab Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan ordusuna dəstək nümayişi xalq-ordu və Ali Baş Komandan Birliyinin parlaq nümayişi idi.
Ayrı-ayrı siyasətçilər, sadə insanlar, müxalifət nümayəndələri problemin hərb yolu ilə həlli barədə təkliflərini səsləndirəndə cənab İlham Əliyev deyirdi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm”.
Cənab İlham Əliyev sülh danışıqlarına sadiq qalaraq 17 il bütün kaprizlərə, yalanlara, riyakarlıqlara səbrlə, təmkinlə dözdü. Hətta alçaq, yaramaz Paşinyan bütün Azərbaycanlılar üçün müqəddəs sayılan Şuşada qondarma prezidentin inaqurasiya mərasimini keçirəndə, Azərbaycan xalqının milli heysiyyat hissini təhqir edərək Cıdır Düzündə yallı gedəndə də, Şuşanı qondarma respublikanın paytaxtı etmək fikrini açıqlayanda, hər il 8 May Şuşanın işğal gününü, Şuşanın azadlıq günü kimi qeyd edəndə də, danışıqların formatını dəyişdirəndə də, yeni ərazilər işğal etmək xülyası ilə Tovuzda təxribat törədən də səbrlə, təmkinlə dözdü. İtkilər verməmək xatirinə erməni kaprizlərinin sonunu gözlədi. Lakin bu dözümün bir dözümsüzlük həddi də var axı! Cənab Prezident İlham Əliyev bu il senytabr ayının 21-də BMT-nin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli iclasında bütün dünya ictimaiyyətinə bir daha bəyan etdi: “Ermənistanın Baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır.” bəyənatı danışıqlar prosesinə ciddi zərbədir. Ermənistanın Baş Naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşlardan ibarət könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistan müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyənatları ilə hədələyir. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.
Lakin qulağı kar, gözü kor oldu beynəlxalq ictimaiyyətin. Sentyabr ayının 27-də növbəti erməni təxribatının qarşısını almaq məqsədilə Azərbaycan ordusu bütün cəbhəyə boyu əks hücuma keçdi... Azərbaycan dövlətçilik və hərb tarixində öz adını tarixə şərəflə yazmış dövlət başçılarımız və sərkərdələrimiz çox olmuşdur. Lakin onu da təəssüflə qeyd etmək lazımdır ki, tariximizin son yüzillikləri torpaqlarımızın itirilməsi ilə müşayət olunmuşdur...
...İndiyədək Azərbaycan ordusunun 1993-cü ilin dekabrından 1994-cü ilin 6-sı yanvarınadək davam etmiş Horadiz əməliyyaından və 2016-cı ilin “dörd günlük”Aprel döyüşlərində misilsiz qəhrəmanlıqlarından çox deyilib, çox yazılıb. Ancaq nə qədər desək də, yazsaq da yenə azdır. Ümummilli liderimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, cəsarəti və qətiyyəti nəticəsində bu döyüşlərdə 30 min hektardan çox torpaqlarımız Füzuli rayonunun 20, Cəbrayıl rayonunun 1 kəndi və Horadiz qəsəbəsi düşmən tapdağından azad edildi....
Biz indi böyük qələbə ərəfəsindəyik. Əminəm ki, Şuşada üç rəngli bayrağımızı qaldırdıqdan sonra qələbələrimizin səlnaməsini yazarkən hökmən bu qələbələrin başlanğıcı olan “Horadiz əməliyyatı” və “Aprel döyüşləri” dönə-dönə xatırlanacaqdır...
İndi isə Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyev tarix yazır. Azərbaycan Ordusunun misilsiz rəşadətli və igidliyi nəticəsində 30 il əsarətdə olan Dağlıq Qarabağ və onun ətrafı işğaldan azad edilir. Azərbaycan xalqının şərəf tarixi yazılır. Azərbaycan əsgəri bu tarixi misilsiz şücayəti, rəşadəti, igidliyi ilə qanı və canı ilə yazır, millətin milli qürur hissini özünə qaytarır.
Himnimizin 100 il bundan əvvəl yazılmış mətnində səslənən kimi Azərbaycan əsgəri, Azərbaycan gənci Vətən üçün, bayraq üçün, torpaq üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu qəhrəmanlıqla nümayiş etdirir.
Komandanı cənab Ali Baş Komandan İlham Əliyev şəxsən özü verir, döyüşü özü idarə edir, qələbə müjdəsini xaqla özü çatdırır. Prezident, Cənab Ali Baş Komandan İlham Əliyev dünyanın aparıcı dövlət başçıları ilə aprdığı danışıqları və dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələri ilə nəinki, onu sevənləri, bütöv Azərbaycan xalqını, hətta rəqiblərini və opponentlərini, onu sərt tənqid edənləri öz diplomatik gedişləri və sərkərdəlik bacarığı ilə heyran və mat qoyur. Qarabağ problemlərinin tarixi barədə gərçək məlumatları, bu barədə erməni uydurmalarını, problemin həllinə yönəlmiş cəhdlərin və danışıqların xronologiyasını, problemin həlli ilə əlaqədar BMT-Təhlükəsizlik Şurasının ATƏT-in və onun Minsk Qrupunun həmsədrlərinin, beynəlxalq ictimaiyyətin mövqeyini, uzun illər ərzində Ermənistan dövləti tərəfindən Azərbaycan üçün yaradılmış problemləri, Qarabağ probleminin və Ermənistanın istər regionda, istərsə də bütünlükdə dünyada sülh üçün nə qədər təhlükəli olduğunu aydın şəkildə,faktlarla izah edir, erməni yalanlarını, onların riyakarlıqlarını ikiüzlülüyünü, faşist mahiyyətini dünya ictimaiyyətini çatdıraraq erməni yalanlarını ifşa edir. Riyakar, satqın, ikiüzlü, xəyanətkar Ermənistan dövlətinin əsl mahiyyəti cənab İlham Əliyevin verdiyi müsahıbələr nəticəsində hətta onlara rəğbət göstərən dövlətlər tərəfindən anlaşıqlıqla qarşılanır.
Eyni zamanda Azərbaycan Dövlətinin gücünü, qüdrətini, Azərbaycan Xalqının döyüş ruhunu, qələbə əzmini dünyaya təqdim edir. Ölkəmizdə Azərbaycan tarixinin heç vaxt görmədiyi misilsiz bir xalq-ordu və dövlət birliyi hökm sürməkdədir. Bu birlik qarşısında nəinki Ermənistan, erməni diasporu, hətta onların havadarları olan böyük dövlətlət aciz durumdadırlar, artıq Azərbaycanla razılaşmaq məcburiyyətindədirlər. Azərbaycan Vətən Müharibəsində böyük qələbənin astanasındadır. Ali Baş Komandan cənab İlham Əliyev və onun ordusu möhtəşəm tarix yazır. Bu tarix ”Bir millət, iki dövlət“ olan qardaş Türkiyə ilə, Türkiyə xalqı ilə və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə, onların mənəvi və siyasi dəstəyi ilə yazılır.
Qələbən mübarək Azərbaycan! Qarabağ Azərabaycandır!
Ramiz Göyüşov
YAP Binəqədi rayon təşkilatının sədri