Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi ağsaqqalları erməni vəhşiliyini qətiyyətlə pisləyir!

30 oktyabr 2020 | 11:00

Yüz illərdir ki, mənfur erməni faşistləri Azərbaycana qarşı torpaq iddialarından əl çəkmir. Ölkəmizin 20 faiz ərazisini havadarlarının köməkliyi ilə işğal edib. ATƏT-in təmsilçiləri keçən əsrin sonlarından Ermənistan qoşularının ərazilərimizdən çıxarılması istiqamətində güya danışıqlar aparırlar. Azərbaycan Respublikası bütün beynəlxalq danışıqlara diplomatik və siyasi qanunlar çərçivəsində əməl edib. Azərbaycan Respublikasının hörmətli və qətiyyətli Prezidenti İlham Əliyev və onun silahdaşı xanımı, vitse-prezident Mehriban xanım Əliyeva səbrlə konfliktin qan tökmədən həllinə daim çalışmışdırlar. Düşmənlərimiz isə dəfələrlə Azərbaycanı təxribata çakməyə cəhd göstərib. Nəhayət, ali baş komandanın əmri ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etmək uğrunda şərəf və ləyaqət mübarizəsinə başladı. Bu savaş əsl Vətən müharibəsidir. Güclü zərbələr alan, külli miqdarda döyüş texnikası, hərbi sursat, minlərlə canlı qüvvə itirən düşmən bütün beynəlxalq qurumlara, hegemon dövlətlərə və öz ağalarına müraciət edərək müvəqqəti humanitar atəşkəsə nail oldular. Ancaq üstündən heç bir gün keçməmiş vəhşicəsinə, mənəviyyatsızcasına, müharibə qanunlarına əməl etmədən gecə vaxtlarında Gəncənin, Mingəçevirin, eləcə də Qarabağdan 100 kilometrdən artıq məsafədə yerləşən, Bərdəni, Tovuzu, Tərtəri və Azərbaycanın paytaxtı Bakının yaxınlığdakı Xızı rayonuna da raket atəşləri açmağa başladı. Bu azmış kimi düşmən daha da quduzlaşaraq təkrarən Respublikanın ikinci böyük şəhəri olan Gəncəyə gecə vaxtı əhalinin sıx yaşadığı çox mərtəbəli evlərə ballostik raketlərlə atəş açıb çoxlu sayda qadın, az yaşlı uşaqları və dinc sakinləri qətlə yetirdi. Bununla kifayyətlənməyən düşmən qədim şəhərlərimizdən olan Bərdənin mərkəzinə eləcə də Goranboy, Tərtər, Tovuz, Göygöl, Ağcabədi rayonlarına, hansı ki Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan ərazilərə mütəmadi olaraq qadağan olunmuş silahlardan daim atəş açıb, dinc sakinləri o cümlədən doqquzu məktəbli olmaqla 91 müliki şəxsi qətlə yetirmiş, 400 nəfərə yaxın şəxsə isə müxtəlif dərəcəli xəsarət yetirmişlər. Bu hadisələrdə 7 ailə tamamilə məhv edilmişdir. Düşmənin işğalçılıq niyyəti onunla təsdiq olunur ki Dağlıq Qarabağ ərazisindən 200-300 km uzağlıqda yerləşən Qazax rayonunun 7 kəndini (Aşağı və Yuxarı Əksipara, Barxudarlı, Xeyrimli, Baqanisayrum, Soflu, Qızılhacılı kəndlərini) eləcə də Naxçıvan Muxtar Respublikasının Kərki kəndini 20 ildən artıqdır ki işğalda saxlayır. Böyük dövlətlərin razılığına əsasən dəfələrlə humanitar atəşkəsə razılaşmasına baxmayaraq atəşkəsi pozaraq aramsız hücumları davam etdirməklə döyüş bölgəsindən xeyli aralı olan rayonlarımızı atəşə tutmaqdadır. Biz - Binəqədi rayon ağsaqqalları bu vəhşiliyi, bu vandalizmi qətiyyətlə lənətləyirik. Dünya ölkələrinin beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərini bu vəhşiliyə siyasi və hüquqi  qiymət verməyə çağırırıq. Qoy erməni faşistləri, eləcə də bütün dünya bilsin ki, Azərbaycan halal torpaqlarının bir qarışını da düşməndə qoymayacaq. Xalqımızın zəfərli, rəşadətli, hünərvər qələbələri işğalda olan bütün ərazilərimizdə Azərbaycan bayrağını şanlı əsgərlərimiz qürurla və əbədi dalğalandıracaq.

Qələbə bizimlədir. Yaşasın Azərbaycan ordusu. Qarabağ Azərbaycandır!


Binəqədi rayonunun çoxsaylı Ağsaqqalları adından: Qarabağ müharibə veteranı, Əməkdar hüquqşünas, Ədliyyə generalı Akif Rəfiyev

Keçidlər