Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir

06 noyabr 2020 | 11:00
İyul və avqust aylarında işğalçı dövlətin diversiya qrupları və artileriya bölmələrinin atəşkəs rejimini pozması nəticəsində mülki vətəndaşlar və əsgərlərimiz həyatını itirdi. Son olaraq isə 27 sentyabr tarixində daha iri həcmli hücumlarla cəbhəboyu ərazilərdə fəallaşmağa başladılar. Nəticədə ordumuzun əks-hücum əməliyyatları nəticəsində düşmən geri oturdulmaqla bərabər işğal olunmuş torpaqlarımızı azad etmək uğrunda haqq savaşımız başladı.

Sevincidiri haldır ki, Azərbaycan xalqı bir yumruq kimi birləşib işğalçı dövlətə ard-arda ağır zərbələr endirdi və bu gedişat hal-hazırda da davam etməkdədir. Bir reallıqdır ki, müharibə təkcə ön cəbhədə getmir. Bütün cəbhələrdə düşmənə sarsıdıcı zərbələr endirmək və haqq səsimizi dünyaya çatdırmaq şərtdir.

Bir reallıqdır ki, tarixi həqiqətləri, real faktları, düşmən təxribatlarını dünyaya çatdırmaq üçün KİV və sosial şəbəkələrin gücündən maksimum yararlanmaq lazımdır.

Bu baxımdan ölkə prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev bir sıra xarici ölkələrin nüfuzlu mətbu orqanlarına və televiziyalarına verdiyi müsahibələrlə də, rəsmi Yerevanı aciz vəziyyətə salmaqda və Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdadır. Son olaraq Almaniyanın ARD televiziya kanalına verilən müsahibə də, bu baxımdan istisna olmadı. Ölkə Prezidenti yenə də, ona ünvanlanan bütün suallara ətraflı və bitirici cavablar ünvanladı, dünyaya önəmli mesajlar verdi.

Maraqlıdır ki, işğalçı dövlət hər vəchlə atəşkəsi hər zaman Azərbaycan ordusunun pozmasını iddia edir və son çabalarını edərək ölkəmizin beynəlxalq nüfuzunu ləkələməyə çalışır. Bu bir faktdır ki, ATƏT-in MİNSK qrupunun üzvü olan Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasının təşəbbüsü ilə əldə olunmuş atəşkəs razılaşmalarını kobud şəkildə pozan məhz Ermənistandır. Mülki əhalini hədəf almaq, qadağan olunmuş kasetli raketlərdən istifadə edərək döyüş ərazilərindən kilometrlərlə uzaq olan əraziləri atəş altında saxlayıb 90-cı illərdə olduğu kimi uşaq qatili olmağını hələ də, etiraf etməyən mənfur düşmənə ən layiqli cavab BMT-nin kağız üzərində qalan qətnamələrini icra etmək isə ordumuzun şərəfli missiyası olmaqda davam edir.

Paralel olaraq rəsmi Bakı hər zaman sülh danışıqlarına hazır olduğunu lakin bunun üçün, işğalçı dövlətin siyasi rəhbərliyinin danışıqlar prosesinə zərbə vuran qeyri-konstruktiv addımlarını bir kənara qoymalı olduğunu bildirməkdədir.

Əlində işğalçı dövləti öz niyyətindən uzaqlaşdıra biləcək önəmli alətləri olan beynəlxalq təşkilatlar isə İraqa o zamanlar göstərdiyi təzyiq metodlarını işğalçı dövlətə qarşı da tətbiq etsələr çoxdan sülh masasına onları oturtmaq mümkün olardı. Bununla belə biz nə görürük? Bir sıra KİV-in və mətbuat nümayəndələrinin qərəzli rəylərini və tirajladıqları süjetlərini...

Yalnız rəsmi Bakının adekvat tədbirləri sonrası “Amnesty International”, “Human Rights Watch”kimi beynəlxalq təşkilatların nəhayət ki, Bərdədə düşmənin kasetli raketlərdən istifadə etməsi faktını ictimaiyyətə açıqlamasına nail olunmuşdur. Xarici mətbu orqanların nümayəndələri ölkəmizə dəvət olunmuş və doğru olanları öz gözləri ilə görmələrinə hər cür şərait yaradılmışdır.

Cənab prezidentin də vurğuladığı kimi, Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir. Bu torpaqlar beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır. Elə isə Ermənistan kimi kiçik, cılız bir dövləti danışıqlar masasına oturtmaq bu qədərmi çətindir? 2.7 milyard dollar dəyərində düşmənin silah-sursatı geridə qoyduğumuz 1 ay ərzində məhv edilib. Növbəti bir sual yaranır: “ milyard dollar büdcə qarşılığında 8 milyard dollar borcu olan Ermənistanda bu qədər silah hardandır? Daha bir sual: Bundan sonra işğalçı dövlət sülh danışıqlarına yanaşarmı? Nəticə nədən ibarətdir? 91 mülki şəxs həlak olub, 404 nəfər mülki şəxs yaralanıb, 455 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

Buna qarşılıq olaraq Ermənistan tərəfi eyni arqumentlərlə rəsmi Bakını ittiham edə bilərmi? Belə bir hal olsaydı dünyaya car çəkəcək dövlət ortaya sözügedən mövzu ilə bağlı 1 fakt belə qoya bilməyib, çünki, müzəfffər ordu döyüşləri işğal altında olan torpaqlarda aparır, mülki əhaliyə döyüş bölgəsindən çıxmağı tövsiyyə edir. Müharibə qanunlarına tam şəkildə əməl edir!

Unutmaq olmaz. Daha bir sual yaranır. Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı müsahibə almağa gələn jurnalist nə üçün 10-dan çox adamın qətlə yetirildiyi, 26 nəfərin gözünü itirdiyi, 5-inin əli qopduğu və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı Avropadakı “sarı jiletlilərin” etirazlarına qarşı polisin zorakılığını bir qırağa qoyub nə üçün Azərbaycan Prezidentinə siz ölkənizi demokratiya nümunəsi hesab edirsiniz sualını verməlidir?

Azərbaycanın haqq savaşıdır bu. Hər kəs bu savaşdan kənar qalmalıdır. Ya işğalçıya işğalçı olduğunu sübut edib torpaqlarımızı qaytarın ya da imkan verin biz özümüz bunu edək. Bu dərəcədə sadə!

Qarabağ Azərbaycandır!
 
Ələkbər Mustafayev, Binəqədi Gənclər Evinin direktoru
 
Keçidlər