Ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verildi
12 dekabr 2013 | 11:00
Ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar Binəqədi rayonunda ehsan mərasimi təşkil edildi. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, ümumilikdə 225 nəfər iştirak edirdi.
Ehsan mərasimi Ulu Öndərin ruhuna Qurani – Kərimdən ayələrin oxunması ilə başladı. Daha sonra ehsan süfrəsi açıldı.
Eyni zamanda, Ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar rayonun Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May qəsəbələri, 1 və 2 saylı SİƏD-in ərazilərində də 120-150 nəfərin iştirakı ilə ehsan mərasimləri təşkil edildi.