“Gənclik olaraq bizi daha çox məsuliyyətli olmağı tələb edən mərhələ gözləyir”
12 noyabr 2020 | 11:00
Azərbaycan Ordusu noyabr ayının 10-da Ali Baş Komandanın rəhbərliyi ilə tarixi qələbəyə imza atdı. 28 ildən çox işğalda olan Şuşa şəhəri böyük şücaətlə rəşadətli ordumuz tərəfindən azad edildi. Şuşa şəhərinin ardınca 71 kəndin və digər adsız yüksəkliklərin azad edilməsi işğlaçı Ermənistanı qısa zaman ərzində təslim olmağa məcbur etdi. 44 günlük Vətən müharibəsinin əvvəlində Azərbaycan Silahlı Qüvvvələrinin Ali Baş Komandanı İlham Əliyev bəyan etdiki Ermənistan dərhal silahı yerə qoyaraq, Azərbaycan tərəfinə düşmən qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılma cədvəlini təqdim etməlidir. Amma Ermənistan hərbi və siyasi rəhbərliyi öz vətəndaşlarına qarşı məsuliyyətsiz davranaraq, bu çağırışlara əməl etmədi. Nəticədə Azərbaycan Ordusu müasir metodlardan istifadə edərək, qısa zaman ərzində düşmən ordusunu darmadağın etdi və işğal altında olan əraziləri azad etdi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Qeyd etmək lazımdır ki, bu tarixi qələbənin qazanılmasında son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu xüsusi rol oynamışdır. Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə həmdə 17 il ərzində əldə olunan iqtisadi-siyasi inkişafın hərb sahəsində necə məharətlə tətbiq olunmasını göstərdi. Gənclik olaraq bizi daha çox məsuliyyətli olmağı tələb edən mərhələ gözləyir. Biz bu mərhələdə yalnız və yalnız ölkəmizin daha da inkişaf etməsi, möhkəmlənməsi uğrunda əlimizdən gələni etməli və ayıq-sayıq olmalıyıq. Yaşasın cənab Ali Baş Komandan! Eşq olsun şanlı Azərbaycan Ordusuna!
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri