Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər keçirilib

30 dekabr 2022 | 17:57

Ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatlarının lektoriya zalında təşkil olunan dərslərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

BŞTİ-nin müdir müavini H.Əsgərov Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıb.

Bakı şəhəri 3 nömrəli tam orta məktəbin tarix müəllimi Vətən Hüseynov “İlham Əliyev və Böyük Qayıdışa gətirən yol” mövzusunda məruzə ilə çıxış edib.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dərslər 2022-2023-cü tədris ilinin sonuna kimi davam edəcək.

Keçidlər