Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Azərbaycanlılarının Soyqırım Günü Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə qeyd olundu

31 mart 2023 | 12:10

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 105-ci ildönümüdür.

Bu münasibətlə 31 mart 2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu General Əliağa Şıxlinski adına orta məktəbdə anım tədbiri keçirildi. Azərbaycan Dövlət Himninin səsləndirilməsi, ardınca da 31 Mart soyqırım qurbanlarının və Azərbaycanın uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinin anması ilə başlayan tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Binəqədi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Amal Əsgərov, hüquq müdafiəçisi Əhməd Şahidov və digər qonaqlar iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri Binəqədi rayonu General Əliağa Şıxlinski adına orta məktəbin direktoru Şəfa Qurbanova 31 Mart soyqırımı ilə bağlı keçirilən tədbir və şagirdlərin hazırladığı anım proqramı barədə danışdı.

Daha sonra məktəbin tarix müəllimi Kəmalə Abbasova Azərbaycan xalqının başına gətirilən soyqırım və qətliamlar barədə geniş məlumat verdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov Azərbaycan xalqının üzləşdiyi soyqırım və qətliamlar barədə danışaraq, Azərbaycan dövlətinin son onilliklər ərzində Azərbaycan həqiqətlərinin dünyada tanıdılması və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində sistemli iş apardığını və 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun tarixi qələbəyə imza atdığını vurğulayıb. Şagirdlərə xitabən çıxış edən millət vəkili Vüqar İskəndərov yetişməkdə olan gənc nəslin elmli, bilikli və savadlı olmaqla yanaşı, həm də vətənpərvər və mübariz olmalarını və Azərbaycan Dövlətinin yanında yer almalarını tövsiyyə etdi.

Binəqədi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Amal Əsgərov öz çıxışında tədbir iştirakçılarını salamlayaraq, rayon rəhbərliyinin vətənpərvərlik mövzusunda keçirilən tədbirlərə xüsusi önəm verdiyini və gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verdi.

Daha sonra çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq təşkilatlarda və xarici televiziyalarda Azərbaycan həqiqətlərinin - soyqırım və işğal faktlarının təbliğ edilməsində gənclərin roluna toxunaraq, bu istiqamətdə könüllü elçilər olaraq, gənc nəslin üzərinə böyük missiya düşdüyünü qeyd etdi.

Çıxış edənlər - 10-cu sinif şagirdi Rübabə Məhərrəmova, 8-ci sinif şagirdi Nigar Məsimli, 9-cu sinif şagirdi Məhəmməd Mədətov, 4-cü sinif şagirdi Rəvan Çəndirli və digərləri məruzə və şeirlər səsləndirdilər.

 

Keçidlər