Şriftin ölçüsü :

Saytın rəngi :

“Pandemiya şəraitində orta məktəblərdə distant təhsilin keyfiyyətinin artırılması” mövzusunda onlayn görüş keçirilib

07 dekabr 2020 | 11:00

7 dekabr 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pandemiya şəraitində orta məktəblərdə distant təhsilin keyfiyyətinin artırılması” mövzusunda onlayn görüş keçirilib

Görüş torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova 28 ildən artıq bir zaman ərzində Doğma Qarabağ həsrətimizə son qoyan, Qələbə sevincini bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli ordumuza təşəkkür edərək,  yaralılarımıza şəfa, şəhidlərimizə Allahdan rəhmət, əzizlərinə səbr dilədi.

Daha sonra pandemiya şəraitində məktəblərdə distant təhsilin təşkili və onun keyfiyyətinin  yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlərin səmərəliliyini vurğulayaraq, bu sahədə görülən geniş miqyaslı işlərə görə məktəb direktorlarına öz təşəkkürünü bildirdi. Hazırki dövr ərzində ölkəmizin gələcəyi olan şagirdlərimizin sağlamlığını qorumaq və gələcək nəsillərimizin təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilən qaydalara tam riayət olunmasının ən vacib məsələlərdən biri olduğunu vurğuladı.

Görüşdə iştirak edən Binəqədi rayonunda yerləşən orta ümümtəhsil müəssisələrinin rəhbərləri adından çıxış edən  276 № li tam orta məktəbin direktoru Bəhram Şiriyev, 83 № li məktəb-liseyin direktoru Almaz Bayramova, 284 № li tam orta məktəbin direktoru Nizami Novruzov və 297 № li tam orta məktəbin direktoru  Nazir Əliyev də distant təhsildə olan problemlərin həlli yolları və distant təhsilin daha keyfiyyətli tətbiqi imkanları istiqamətində irəliləyişlərin əldə edilməsi üçün belə görüşlərin vacibliyini qeyd etdilər.

Görüş açıq müzakirə şəklində davam etdi.

 

Keçidlər