Pandemiya şəraitində Binəqədi rayonunda yerləşən mədəniyyət mərkəzləri ilə birgə koordinasiyanın qurulması istiqamətində işin keyfiyyətinin artırılması məqsədilə onlayn görüş keçirilmişdir
Pandemiya şəraitində Binəqədi rayonunda yerləşən mədəniyyət mərkəzləri ilə birgə koordinasiyanın qurulması istiqamətində işin keyfiyyətinin artırılması məqsədilə onlayn görüş keçirilmişdir
15 dekabr 2020-ci il tarixində Binəqədi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pandemiya şəraitində mədəniyyət mərkəzləri ilə birgə koordinasiyanın qurulması istiqamətində işin keyfiyyətinin artırılması” mövzusunda onlayn görüş keçirilmişdir.
Görüş torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova 28 ildən artıq bir zaman ərzində Doğma Qarabağ həsrətimizə son qoyan, Qələbə sevincini bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli ordumuza təşəkkür edərək, yaralılarımıza şəfa, şəhidlərimizə Allahdan rəhmət, əzizlərinə səbr dilədi.
Daha sonra rayonumuz ərazisində yerləşən musiqi məktəblərinin, gənclərin yaradıcılıq və inkişaf mərkəzlərinin, kitabxanalarının, muzeylərin pandemiya şəraitində fəaliyyətlərində səmərəliliyin artırılması, koordinasıyanın düzgün qurulması, tədbirlərin onlayn şəkildə təşkilində keyfiyyətin artırılması məsələlərini vurğulayaraq, bu sahədə görülən işlərə görə mədəniyyət mərkəzlərinin direktorlarına öz təşəkkürünü bildirdi.
Görüşdə iştirak edən Binəqədi rayonunda yerləşən C.Cabbarlı adına İrəvan Dram Teatrının direktoru İftixar Piriyev, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov xalqımızın Qələbə sevincini paylaşaraq teatr sahəsində görülən işlərdən, qarşıda duran prespektiv planlardan, teatrların gələcək repertuarlarından söhbət açdılar.
Fikrət Əmirov adına 6 № li onbirillik uşaq incəsənət məktəbinin direktoru Ədilə Yusifova, Müslüm Maqomayev adına 26 № li Musiqi məktəbinin direktoru Gülşən Quliyeva, Kənd Təsərrüfatı muzeyinin direktoru Natiq Qurbanov, 6 № li Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Səmədov və digər mədəniyyət sahəsinin işçiləri disskusiyada iştirak edərək mövcud vəziyyətlə əlaqədar problemlərin həlli yolları, online tədbirlərin və musiqi məktəblərində distant təhsilin daha keyfiyyətli tətbiqi imkanları istiqamətində irəliləyişlərin əldə edilməsi üçün belə görüşlərin vacibliyini qeyd etdilər.
#BinəqədiRayonu #binagadidistrict #welovebinagadi #məsafəsaxla #özünüqoru #karabaghisazerbaijan