Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "Könüllülər İli"nin yekunu!

30 dekabr 2020 | 11:00

Binəqədi rayonunda "Könüllülər İli"nin yekunu!

Hər bir xalqın işıqlı gələcəyi, onun mənəvi inkişafı, məhz xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız yardımsevərlik kimi müqəddəs niyyətlər təməli üzərində böyüyən, formalaşan və bu kimi nəcib ənənələrə sadiq qalan gənc nəsildən çox asılıdır. 

Ümummilli Lider Heydər Əliyev demişdir: "Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".

Prezident İlham Əliyevin uğurlu gənclər siyasətinin məntiqi davamı olaraq, Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında 30 dekabr 2019-cu il tarixli Sərəncamı, məhz ölkəmizdə könüllülük ənənələrinin mühüm əhəmiyyət kəsb etməsinə ali səviyyədə verilən qiymətin əyani təsdiqi ilə yanaşı, onun daha da genişlənməsinə və inkişaf etməsinə şərait yaratmışdır. Könüllülərimiz - vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclərimiz bu il də və bundan sonrakı illər ərzində də xalqımızın rifahına, dövlətimizin daha da güclənməsinə, onun çiçəklənməsinə böyük inam və səylə xidmət etmiş olacaqlar. Bizim ümumi evimizə - Vətənimiz Azərbaycana xidmətdə, bu müqəddəs işinizdə Sizlərə bol-bol uğurlar, əziz Könüllülər!

 

Keçid üçün:

https://www.facebook.com/binegedi.rayonu/videos/140259141200237

Keçidlər