Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 9-cu mikrorayon sakinləri ilə görüşdü

14 dekabr 2013 | 11:00

2013-cü il dekabrın 13-də 9-cu mikrorayonda A.Məmmədov küçəsi, 57 saylı binanın qarşısında yerləşən əhalinin kütləvi tədbirlər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 9-cu mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 137 nəfər mikrorayon sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Mikrorayon sakinlərindən Ramiz Məmmədov, Aydın Əliyev, Hüseyn Cəfərov, Ələsgər Həsənov, Məhəmməd Əzizov və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər