Binəqədi rayonunda pandemiya şəraitində məktəbəqədər təhsil müəssisələrində koordinasiyalı işin keyfiyyətinin artırılması mövzusunda onlayn görüş keçirilib
Binəqədi rayonunda pandemiya şəraitində məktəbəqədər təhsil müəssisələrində koordinasiyalı işin keyfiyyətinin artırılması mövzusunda onlayn görüş keçirilib
Binəqədi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pandemiya şəraitində məktəbəqədər təhsil müəssisələrində koordinasiyalı işin keyfiyyətinin artırılması” mövzusunda onlayn görüş keçirilib.
Görüş torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova 28 ildən artıq bir zaman ərzində Doğma Qarabağ həsrətimizə son qoyan, Qələbə sevincini bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli ordumuza təşəkkür edərək, yaralılarımıza şəfa, şəhidlərimizə Allahdan rəhmət, əzizlərinə səbr dilədi.
Daha sonra pandemiya şəraitində məktəbəqədər təhsil müəssisələrində koordinasiyalı işin keyfiyyətinin artırılması məqsədilə keçirilən tədbirlərin səmərəliliyini vurğulayaraq, bu sahədə görülən geniş miqyaslı işlərə görə uşaq bağçalarının müdirlərinə öz tövsiyələrini verdi. Hazırki dövr ərzində ölkəmizin gələcəyi olan körpələrimizin sağlamlığını qorumaq və gələcək nəsillərimizin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi karantin rejimi dövründə tətbiq edilən qaydalara tam riayət olunmasının ən vacib məsələlərdən biri olduğunu vurğuladı.
Görüşdə iştirak edən Binəqədi rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələri adından çıxış edən 138 №li körpələr evi-uşaq bağçasının müdiri Seyranə Qasımova, 159 körpələr evi-uşaq bağçasının müdiri Nərgiz Məhyəddinova koordinasiyalı işin artırılması istiqamətində belə görüşlərin vacibliyini qeyd etdilər, rayonun inzibati ərazisində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan 34 müəssisə barədə ümumi məlumat verdilər.
Görüş açıq müzakirə şəklində davam etdi.